ONN İnformasiya Agentliyi

Xətai sakinlərinə ŞAD XƏBƏR

Xətai sakinlərinə ŞAD XƏBƏR
18 Noyabr 2022 - 17:52

Xətai rayonunun bir hissəsində magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar içməli suyun verilişində yaranmış problem aradan qaldırılıb.

ONN media xəbər verir ki, bu barədə Oxu.az-a Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, artıq mənzillərə suyun verilişi bərpa olunub:

“Bir neçə saat ərzində hidravlik sistem tənzimlənəcək. Abonentlərə içməli suyun verilişi tam təmin ediləcək”.

Qeyd edək ki, ötən gün baş verən qəzaya görə rayonun Aşıq Ələsgər, Xudu Məmmədov, Məhəmməd Hadi, Rahib Məmmədov, Çingizxan Kərimov, Qədir Məmmədov, Məhsəti, Sadıqcan, Polad Həşimov, Ramiz Quliyev, Cavanşir, Əbilov küçələri, 9-cu Əhmədli, 7-ci Əhmədliyə içməli suyun verilişi dayandırılmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png