ONN İnformasiya Agentliyi

Xırdalan dairəsi yaxınlığındakı körpünün tikintisi yekunlaşdı

Xırdalan dairəsi yaxınlığındakı körpünün tikintisi yekunlaşdı
01 Dekabr 2020 - 10:47

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün tikintisi aparılaraq yekunlaşdırılıb.

Avtomobil Yolları Dövlət Agentliyindən ONN media -ya verilən məlumata görə, yeni körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edir.

Qeyd edək ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni bir aşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png