Xırdalanda yaşayanlara ŞAD XƏBƏR

Abşeron rayonunun Xırdalan şəhərindən Bakı istiqamətinə xüsusi avtobus zolağı çəkilə bilər.

ONN media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında bildirib.

O qeyd edib ki, xüsusi avtobus zolağı əvvəl 10 küçədə idisə, sonradan belə küçələrin sayı 17-yə çatdırılıb. Hazırda 49 küçə ilə bağlı belə zolağın çəkilməsi nəzərdə tutulub:

“Xırdalan-Bakı arasında ictimai nəqliyyat əlaqəsinin qurulmasında Bakı-Xırdalan ən vacib dəhlizlərdən biridir. Bu yolda tıxaclar qabarıq hiss olunur. Biz bununla bağlı təklif vermişik və digər müvafiq qurumların rəyindən donra həmin ərazidə xüsusi zolağın çəkilməsilə bağlı qərar qəbul olunacaq”.