ONN İnformasiya Agentliyi

Yenidən sərt karantin ola bilər – RƏSMİ

Yenidən sərt karantin ola bilər – RƏSMİ
08 Avqust 2020 - 11:55

Ölkə rəhbərliyi biznes fəaliyyətinin bərpa olunması istiqamətində işlər görülür.

ONN media  xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib: “Pandemiya bitməyib və nə zaman bitəcəyi məlum deyil. Bu səbəblə qaydalara riayət etməliyik. Vətəndaşların qapalı məkanlara maskasız daxil olmasının qarşısı alınmalıdır. Qaydalara daha tez əməl edən biznes subyektləri fəaliyyətinin səmərəliliyini artırmış olacaq”.

O qeyd edib ki, qaydalara riayət edilmədikdə əldə olunan nəticələr itəcək və yenidən sərt qaydalara üz tutulacaq: “Bu hər birimizin sosial və mənəvi borcumuzdur. Dövlət nəzarət tədbirləri də tətbiq olunacaq. Cərimələr vasitəsilə cəzalandırma mexanizmləri üzərinə iş aparılır. Eyni zamanda rəqamsal texnologiyalarla xidmət sahəsində müsbət dinamika müşahidə edirik. Hökumət də rəqəmsallaşma sahəsində sahibkarlara dəstək istiqamətində dəstək göstərəcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png