ONN İnformasiya Agentliyi

Yol polisində aparılan yoxlamalarla bağlı RƏSMİ

Yol polisində aparılan yoxlamalarla bağlı RƏSMİ
08 Yanvar 2020 - 18:19

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) İdarəsində ciddi yoxlamaların aparıldığı barədə yayılan məlumatlara münasibət bildirib.

BŞBPİ-in Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev ONN media -ya bildirib ki, yayılan məlumatlar fərdi təxəyyüldən yaranan qənaətlərdir: “Yazıda iddia olunan “hesabat kitabı”, yaxud hansısa “qara bloknot” haqqında bizdə rəsmi məlumat yoxdur”.

Qeyd edək ki, bəzi xəbər saytlarında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində yoxlamaların başlandığı barədə məlumat yayılıb. Məlumata görə, yoxlamalar zamanı Daxili İşlər naziri Vilayət Eyvazovun ləğv etdiyi kabinetlərin – “rüşvət otaqları”nın bir hissəsinin hələ də fəaliyyət göstərdiyi qeyd edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png