Yollardakı vəziyyət necə tənzimlənir?- RƏSMİ

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin fəaliyyət istiqamətləri artırılıb.

ONN media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Yollarda müşahidə olunan neqativ halların qarşısının alınması üçün çevik qabaqlayıcı tədbirlər təşkil olunur.

Mərkəzdən yerlərdə xidmət aparan yol polisinin naryad qruplarına məlumatların operativ inteqrasiyası diqqətdə saxlanılır, svetoforların vəziyyətə uyğun vaxt intervalı nizamlanır.