ONN İnformasiya Agentliyi

24 dekabr, Türksüzləşdirilən Türk torpağı – İRƏVAN!

24 dekabr, Türksüzləşdirilən Türk torpağı – İRƏVAN!
24 Dekabr 2018 - 10:00

Cavid İsmayıl, xüsusi olaraq ONN media üçün

Unutmayaq, unutdurmayaq!

24 dekabr 1988-ci ildə Ermənistan deyilən Qərbi Azərbaycandan 250 mindən çox AZƏRBAYCAN TÜRKÜNÜN deportasiya edilməsi başa çatdırılır. Beləliklə Moskvanın konkret olaraq əli xalqımın qanına batmış Qorbaçovun şəxsən göstərişinə əsasən dədədən TÜRK torpağı olan Qərbi Azərbaycan tam türksüzləşdirilir!

Azərbaycanlıların qədimdən öz dədə yurdları olan Qərbi Azərbaycandan (bugünki Ermənistandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb:
Birinci mərhələ 1905-1920-ci illər, ikinci mərhələ 1948-1953-ci illər, üçüncü mərhələ 1988-1992-ci illər.

Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daхil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb.

Qəddar qan içən ermənilər Qərbi Azərbaycandan azərbaycan türklərinin izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tariхi mədəni abidələri, dini müəssisələri, məktəb, хəstəхana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məхsus 2000-dən artıq qəbristanlıq dağıdıb. Ermənilər tariхən azərbaycan türklərinə ümumiyyətlə türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə ermənilərin etdikləri qəddarlığa qarşı biganəliyi bugündə davam edir.

Zaman-zaman ermənilər dədədən Türkün yürdu olan Qərbi Azərbaycanda kəndləri yandırıb viran qoyub insanlarımızın başına min əzab verərək zülm edib, qətlə yetiriblər. Sonra cavab alanda dünyaya bağırıblar ki, qoymayın Türklər bizi öldürür. Və beləliklə tarix zaman-zaman təkrarlanır.

Biz unuduruq onlar daha da təkmilləşir. Onların uşağı dil açan kimin sənin düşmənin Türkdü deyir. Ermənin zülmünü özünü korluğa vuran qərb isə bizdən tolerant olmağımızı tələb edir. Bizlərdə tolerantıq.

Bu gün Ermənistan deyilən qədim Türkün yurdu olan Azərbaycanın qərbində, bir nəfər belə Azərbaycanlı Türkü qalmayıb. Lakin Türkiyə və Azərbaycanda hələdə ermənilər yaşayır. Biz tolerantıq axı….

Amma unutmayaq ki, içimizdə olan o ermənilər də digər ermənilər kimin övladlarına onların babalarının türklər tərəfindən “qətl” edilməsini başa salır və “böyük ermənistan” xülyası ilə yaşayır.

Əsas odur ki, biz toolerant olaq…..

 

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png