31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür – FOTO

Unutmayaq unutdurmayaq!
1989-cu ilin 31 dekabr tarixində – SSRİ nin adı gələndə dünyanın titrədiyi bir dönəmdə Naxçıvan Muxtar Respublikasının qəhrəman əhalisi İranla – Cənubi Azərbaycanla olan sərhəddini qocadan cavana, qadından uşağa əl birliyi ilə sərhədlərə tökülərək tikanlı məftilləri darmadağın etdi. Bu bir tarixi gün və eyni zamanda müstəqilliyə aparan şərəfli yolun başlanğıcı idi. 

Ümummilli lider Heydər Əliyevin sədirlik etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi qərara alındı. Naxçıvan MR Ali Məclisinin bu qərarını əsas tutaraq Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 1991-ci il dekabrın 25-də qərara gəldi ki, hər il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilsin.