4 iyul partizan komandir Tağı İsmayılovun vəfat etdiyi gündür

Unutmayaq, unutdurmayaq!

4 iyul (1887-1958) istiqlalçı, partizan, 1918-1919-cü illərdə Şərur-Dərələyəz mahalına basqın edən quldur ermənilərə qarşı əsasən həmkədlilərindən ibarət partizan dəstəsi yaradaraq mübarizəyə qalxmış, sonralar 1920-1922-ci illərdə Abbasqulu bəy Şadlinskinin hərbi birləşməsinin tərkibində partizan dəstəsinin komandiri kimi Şərur-Dərələyəz istiqamətində ermənilərə qarşı mübarizədə xüsusi qəhrəmanlıq göstərən, Türk dünyasının şanlı sərkərdəsi Nuru Paşanın ödül verdiyi, Şərurda ilk bank, maliyyə, tədarük təşkilatının qurucularından və rəhbərlərindən olmuş Tağı Mahmud oğlu İsmayılovun vəfat etdiyi gündür.

Allah rəhmət eləsin!