ONN İnformasiya Agentliyi

Aygün Attar Ankarada Azərbaycan xalqının soyqırımına həsr olunmuş konfrans keçirib

Aygün Attar Ankarada Azərbaycan xalqının soyqırımına həsr olunmuş konfrans keçirib
30 Mart 2018 - 20:49

ONN media xəbər verir ki, Ankarada həmyerlimiz, tarixçi-professor Aygün Attarın 1918-ci ilin martında erməni daşnakların Azərbaycan xalqına qarşı törətdikləri soyqırımının 100 illiyi mövzusunda mühazirəsi əsasında konfrans keçirilib.

Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) keçirilən konfransda Türkiyə Silahlı Qüvvələrinin generalları və Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri və səfirlər, Ankaradakı səfirliyimizin əməkdaşları, Azərbaycan və Türkiyədən olan elm adamları, tanınmış tarixçilər, QHT və KİV təmsilçiləri də dinləyicilər arasında olublar.

Professor Aygün Attar 1917-ci ildə çar Rusiyasında baş vermiş bolşevik inqilabının Qafqaza, o cümlədən Azərbaycanın ictimai-siyasi həyatına təsirindən eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun süqutunun səbəbləri barədə tarixi faktlara əsaslanan fikirlərini bölüşüb.

Professor konfrans iştirakçılarına Erməni toplumunun Azərbaycan torpaqlarına köçürülməsi ilə bağlı tarixi proseslərdən müfəssəl məlumat verməklə yanaşı 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində erməni daşnakların xalqımıza qarşı divan tutmasının başlıca məqsədi azərbaycanlıları milli dövlət qurmaq hədəfindən yayındırmaq olduğunuda qeyd etməklə yanaşı, o dövrdə düşmən bunu edə bilməsə də silahlı erməni quldur birləşmələri vasitəsilə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə təzyiq göstərməyə, eləcə də Cümhuriyyətin hərbi gücünü sərhədləri qorumaqdan yayındırmağa nail olduqlarınıda qeyd etdi.

Konfransdan sonra iştirakçılar professor Aygün Attarın bu günlərdə işıq üzü görən “Erməniçilik müasir dövrün

problemi kimi” elmi əsərinin imza gününə də qatılıblar.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png