ONN İnformasiya Agentliyi

Azərbaycan Cümhuriyyəti xarici işlər nazirinin Britaniya mətbuatına müsahibəsi -1919-cu il

Azərbaycan Cümhuriyyəti xarici işlər nazirinin Britaniya mətbuatına müsahibəsi -1919-cu il
29 May 2019 - 12:20

Azərbaycan Cümhuriyyəti xarici işlər naziri Məmmədyusif Cəfərovun 1919-cu ildə Britaniya mətbuatına verdiyi sensasion müsahibə üzə çıxıb. Müsahibəni Beynəlxaq Siyasət və İnsan Haqları üzrə magistri, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin üzvü Rüfət Əhmədzadə Britaniya Qəzet Arxivindən əldə edərək (NOTTINGHAM JOURNAL AND EXPRESS, WEDNESDAY, 3 DECEMBER, 1919), tərcümə etmişdir. Britaniya mətbuatını Mesopotomiya (İraq) və sonralar Bakıda müharibənin sonlarına yaxın təmsil edən Scotland Lidell tərəfindən götürülən “İLK MÜSƏLMAN RESPUBLİKASININ QAYĞILARI: BRİTANİYA MARAQLARI” sərlövhəli müsahibə:

Bu gün mənim Azərbaycan Xarici İşlər Naziri, cənab Cəfərovla (Məmmədyusif Cəfərov) uzun bir müsahibəm oldu. Baxmayaraq ki, cənab Cəfərov 33 yaşlarında gənc bir adamdır, o, insanı daha yaşlı görünüşü ilə heyrətləndirir. Əslən Bakıdan olan, Moskvada hüquq təhsili almış bir şəxsdir. Rusiya Dumasının üzvü kimi Qafqazı təmsil etmiş və Kerenskinin rejimi zamanı Qafqaz Şurasının üzvü olmuşdur. Cənab Cəfərov dedi: “Biz yaxşı dərk edirik ki, ölkə öz müstəqilliyini elan etmişdir və qayğılıdır ki, başqa dövlətlər onun müstəqilliyini tanımalıdırlar, daxili düzənin olması kifayət deyildir, xarici düzənin olması da həmçinin lazımdır. Bir neçə həftə öncə, Azərbaycan xalqının düşmənləri mütəmadi şəkildə vurğulayırdılar ki, Azərbaycanda ictimai düzən xarici qoşunların mövcudluğuna görə qorunur. Ancaq bütün bu ittihamlar hazırda Britaniya qoşunlarının ölkədən getməsi ilə heçə endirilmişdir. Britaniya qoşunlarının getməsindən sonra, ictimai düzənin pozulması baş verməmişdir. Bir çox provokasiya xarakterli şayələrə və çox sayda qara çevrələrin təbliğatına baxmayaraq, heç bir şəkildə əmin-amanlığın pozulması baş verməmişdir. Bu onunla bağlıdır ki, Azərbaycan xalqı öz müqəddəratını həll etmə, müstəqil siyasi həyata yetişkənliyini təkzibedilməz formada isbat etmişdir.”

ADMNİSTRATİV ZİDDİYƏTLƏR

“Azərbaycanın xarici siyasəti ilə bağlı olaraq, biz sadəcə olaraq istərdik ki, qarşıda duran bütün mubahisəli məsələlər, millətlərə qoşulmaqla dostluq və sülh şəklində həll edilsin. Azərbaycan hökuməti və Ermənistan höküməti arasında, sərhədyanı məsələlər ilə bağlı xarakterik ziddiyətlər vardır. Düşmən casusları uzun müddətdir ki, Qarabağ əhalsini Azərbaycan hökumətinə qarşı çıxmağa təhrik edirlər. Azərbaycanın düşmənlərinin bu intriqalarına rəğmən, Azərbaycan hökuməti, Qarabağın erməni əhalisi ilə dinc anlaşmaya nail olmaqla uğur əldə etmişdir. Müsəlman (Azərbaycan) torpaqlarının erməni qoşunları tərəfindən işğal edilməsi və Ermənistan Administrasiyasının Müsəlmanların vacib ehtiyaclarını gözardına vurması, nəticə olaraq ortaya çıxmışdır. Ermənistanın regionlarında yaşayan müsəlman xalqı bütünlüklə həmin münasibətlə əlaqədar olaraq, ermənilərə qarşı hərəkata başlamış və açıq formada öz zülmkarlarına qarşı qalxmışlar. Erməni qoşunlarının səhvləri və müəyyən erməni çevrələrinin hərəkətləri, dinc müsəlman əhaliyə qarşı zor tətbiqinə və qan tökülməsinə səbəb olmuşdur ki, bu indiyədək davam etməkdədir. Bu yolla onsuz da çətin vəziyyətdə olan müdafiəsiz müsəlman əhali, daha da pis hala salınmışdır. Buarada əgər erməni höküməti bütün mübahisəli ərazilər məsələsinin dövlətlərin öz müqəddəratını həll etmə prinsipinə əsasən yalnızca dinc sürətdə həll olunmalı olduğunu öz nəzərində saxlasa idi, onsuz da bu dağıdılmış bölgələrdə yeni qan tökülmələri yaşanmazdı. Hər iki xalq sülh şəraitində işhləməyi arzu edir.”

ERMƏNİSTANA TƏKLİF

“Əhalini qayğılandıran və xüsusilə də Naxçıvan, Şərur-Dərələyəz Burməin və İrəvan qəzasının hissələrində yaşayan Azərbaycanlıları dərindən narahat edən məsələni kəskin münaqişəsiz şəkildə həll etməyi arzularkən, hökümətimiz hal-hazırda Erməni hökümətinə keçici demarkasiya xəttinin Azərbaycan və Ermənistan arasında yaradılmasını, hər iki dövlətin mənafeyinə uyğun olacaq, yerli müsəlman əhalini razı salacaq həll vasitələrinin tapılmasına ümid edir. Bununla bağlı olaraq Azərbaycan höküməti, Müttəfiqlərin Transqafqaziyada Baş Komissarı polkovnik Haskellin bəhsi keçən ərazilərin müəyyən şərtlərlə həll ediməsinə dair təklifinə razıdır. Azərbaycan və Gürcüstan arasındakı münasibətlər onu göstərir ki, davamlı sülhün gəlməsi üçün bütün konfliktləri həll edə biləcək yeganə vasitə bu sülh sistemidir. Azərbaycanın və Gürcüstanın müstəqilliyinə təhdidin mövcud olduğu hazırkı durumda, qarşılıqlı-anlayış və qarşılıqlı dəstək çox vacibdir. Həm Azərbaycan və həm də Gürcüstan Rusiyada davam edən bu böyük vətəndaş müharibəsindən kənarda dururlar. Biz heç bir halda Bolşeviklərin burada mövcudluğuna dözümlülük göstərməyəcəyik, ancaq biz o durmda deyilik ki, Ruisyadakı vətəndaş müharibəsində aktiv iştirak edək. Biz ancaq düşmənlərimiz bizim müstəqilliyimizi təhdid edəcəyi halda döyüşəcəyik. Azərbaycan xalqı artıq bolşevikləri geri oturtmuş və Rusiyadakı vətəndaş müharibəsində iştirak etmək fikrində deyildir, bu bir halda mümkin ola bilər ki, əgər döyüşən tərəflərdən hansısa ona hücum edərsə.”

DENİKİNİN PLANLARI

Bu arada, Denikinin planları və istəkləri onun Transqafqaz respublikalarının daxili işlərinə müdaxilə etməyəcəyi ilə bağlı verdiyi vədlərdə narahatlıq yaradır. Xəzər donanmasının Denikinə təhvil verilməsi xəbəri bizi təəccübləndirdi. Bu Azərbaycanın paytaxtına qarşı təhlukədir. Gələcəkdə bolşeviklərə qarşı hərbi əməliyyatlar yekunlaşacağı təqdirdə, hərbi donanmanın Xəzər dənizindəki mövcudluğu siyasi balansı poza bilər. Azərbaycan höküməti ümid edir ki, bolşeviklərə qarşı mübarizə sona çatandan sonra, Xəzər dənizi neytral elan ediləcək və yalnız ticarət donanmasının mövcudluğuna icazə veriləcəkdir. Dənizin bu cür neytral elan edilməsi Britaniya maraqları ilə uyğunluq təşkil edər. Böyük Britaniyanın Şərqdə artıq möhkəm siyasi mövqeyi vardır. Buna görədə Xəzər dənizi gələcəkdə Şərqlə Qərbi birləşdirəcək böyük su yolu olacaq və beynəlxaq təhlükəsizlik qarantiyasının verilməsi bunda maraqlı olan bütün ölkələr üçün siyasi zərurət olacaqdır. Transqafqaziya ölkələrinin siyasi müstəqilliyinin qorunması Britaniya hökumətinin Hindistan, Yaxın Şərq və Şimal ölkələri arasında yaratmaq istədiyi bufer kəməri ölkələrinin mövcud olması maraqlarına xidmət etmiş olar. Rusiyanın keçmişdə Hindistana təhlükə yaratmasını nəzərə alsaq, hazırda bu ölkələrin müstəqilliyi Rusiyanın Qafqaz dağlarına kimi geri çəkilməsinə səbəb olmuş və Şərqə yeni yolların neytral əllərdə saxlanması, bu yolların böyük dövlətlərin nəzarətinə keçmə cəhdlərindən müdafiə edir. Azərbaycan hökumətinin Bakıdakı Britaniya kommandanlığı ilə birgə işinə böyük ümidlər vardır ki, bunun bəhrəsi, Azərbaycan xalqının gələcək taleyinin Müttəfiqlər tərəfindən ədalətli həlli ilə başa çatacaqdır.

Sozcu.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png