ONN İnformasiya Agentliyi

DAŞNAQ – BOLŞEVİK TERRORUNUN İDEOLOQLARI : STEPAN ŞAUMYAN, ANASTAS MİKOYAN…. SON YAZI

DAŞNAQ – BOLŞEVİK TERRORUNUN İDEOLOQLARI : STEPAN ŞAUMYAN, ANASTAS MİKOYAN…. SON YAZI
21 Aprel 2020 - 11:01

Yazı ilk dəfə 2009-cu ildə Xalq qəzetində yayımlanıb. 

Dünyaya satılmaq üçün gələn “millət” – ermənilər!” –  Əjdər Tağıoğlu

Tarixdən bəllidir ki, erməni “Qnçak” partiyasının nüfuzu Avropada iflasa uğradıqdan sonra onun bir çox lideri Rusiya Sosial Demokrat Fəhlə Partiyasına soxulmuşdu.

Dövrün iki gücünə — bir tərəfdən ingilis, digər tərəfdən rus imperializminə söykənən dünya ernəni diasporunun siyasəti uğrunda mübarizə aparan “Bakı komissarları”nın 26-sından 3 nəfərinin — S.Şaumyan başda olmaqla əlavə iki erməni komissarının Bakıda “şanlı bolşeviklər” məzarlığında olmamaları, A.Mikoyanın Kremldə yüksək məqama çatması, Şaumyanın və inqilaba xəyanət etmiş başqa satqınların ailələrini stalinçi Kremlin himayə etməsi əsla təəccüb doğurmamalıdır.

Əlbəttə,”A.Mikoyanın iltizamı” ilə həbsxana rəisinin 26-ları türmədən azad etməsi və onun sərəncamına verməsi, inqilabçı liderlərin “Sevan” adlı gəmi ilə deyil, gözlənilmədən “Türkmən”lə, həm də Tatevos Amiryanın başçılıq etdiyi daşnak bandasının nəzarətı ilə düşmən ocağına — Krasnovodska istiqamətləndirilməsi üç “məzarsız komissarın” kimliyinə aydınlıq gətirmiş olur. Şahidlə “qonaqların” Mərkəzikaspi dövlətinin Aşqabaddakı nümayəndələri tərəfindən qarşılanmaları məsləhətləşdirilmiş plana uyğun idi.

Məhkəmənin birinci iclası 19-26 aprel 1921-ci ildə Krasnovodskda olmuşdu. A.Mikoyanın Bakı komissarlarının xaincəsinə güllələnməsində xüsusi rolunu gözəl bilən Stalin öz seminarist yoldaşını xilas etmək üçün məhkəmənin əsas hissəsini Lenin aradan götürülənədək yubatmağa nail olur. Beləliklə, məhkəmə prosesi Bakıda 1926-cı ilin 17-27 aprelində və 1-6 martında davam etdirilir.

“26-lar”ın güllələnməsində ittiham olunan 41 nəfərdən bəzilərinin məhkəmə prosesi zamanı verdikləri ifadədən bir neçə məqamı xatırlasaq, bolşevik S.Şaumyanla A.Mikoyanın ingilislərlə və “Mərkəzikaspi Diktaturası” ilə əlaqələri və “Bakı komissarları”nın tərkibində erməni millətindən olmayan şəxslərin faciəli sonluğunda xüsusi rol oynadıqları bir daha təsdiq ediləcəkdir.

1.Şahid B.Şeboldayevin ifadəsindən: “Şaumyan yoldaş başda olmaqla Bakı Xalq Komissarları Soveti Biçeraxovun dəstəsinin ingilislərin ön dəstəsi olduğunu çox gözəl bilirdi.Lakin cəbhədəki uğursuzluqların təsiri altında (şahid Bakının müdafəsində dayanmış Mərkəzikaspi dövlətinin ermənilərdən ibarət olan silahlı bandasını Nuru paşanın komandanlığı altında türk ordusunun darmadağın etməsini xatırladır) və ictimai rəyi nəzə almaq zərurəti üzündən bu addımı atmağa məcbur oldu”.

2. Şahid Suren Ağamirovun ifadəsindən: “O zaman 20 batalyon əsgərimiz” vardı, onlar 3 briqadada birləşmişdilər, əksəriyyəti cəbhəçi erməni əsgərləri idi. Onların cüzi hissəsi partiya əlamətinə görə öz dəstələrini yaradan bakılı erməni fəhlələri (qnçakistlər, daşnaklar) idi, sonra bu drujinalar nizami qoşun hissələri ilə birləşdi. Birinci briqadanın komandanı Hamazasp idi, ikinci briqadaya Arutyunov və üçüncü briqadaya, səhv etmirəmsə, keçmiş zabit Beknazarov komandanlıq edirdi…”

3. Şahid Pleşakovun ifadəsindən: “Yadımdadır, qoşunlar Şamaxının həndəvərində Ağsu kəndinə yaxınlaşanda 2-ci briqadanın məmurları məni müstəqim rabitə aparatının yanına çağırdılar. Onlar komandir Hamazaspı və komissarı bərk axtarırdılar. Əlimizin altında olan kuryerlərin, çaparların hamısını göndərdik və komandir Hamazaspı tapa bilmədik. Yalnız gecə saat 5-də A.Mikoyan ilə Hamazaspı qatarın dal vaqonunda 3 şəfqət bacısının yanında tapdıq”.

4. Şahid Artakın ifadəsindən: “Sovet hakimiyyətini devirən ingilislər və Sentrokaspi diktaturası Bakıda eserlərin ”Znamya truda” və menşeviklərin “İskra” qəzetində xəbər vermişdilər ki, guya, Bakıya Şaumyan üçün məktub gətirən alman casusları həbs edilmişdir.

5. Şahid Anastas Mikoyanın müstəntiqə verdiyi ifadəsindən: “Axırıncı gün, sentyabrın 14-də (14—16 sentyabrda Nuru paşanın və Mürsəl paşanın türk hərbi birləşməsi Bakıya daxil olur — V.Çaykin) ”Sentrokaspi” artıq gəmiyə yüklənmişdi və onun binasında məsul şəxslərdən kimsə qalmamışdı, mən tək idim, rota komandirim Veluntsu gözləyirdim. O, cəbhədən qayıtmalı idi. Onu danladım, dedim ki, ya mənimlə getməlidir, ya da vəhşiliklər törətdiyini sübut edən materialları türklərə çatdıracam. Bu sözlərin təsirindən Velunts mənimlə İstintaq Komissariatlığına getdi. Orada Dalindən və əsgərlərdən başqa kimsə yox idi. Nəticədə onlar mənə icazə verdilər ki, məhbusları (söhbət Bayıl türməsində saxlanan Bakı komissarlarından və başqa bolşevik liderlərindən gedir. Sənəddən məlum olur ki, Mərkəzikaspi diktaturası inqilabçı Bakı fəhləsinin 65 nəfər liderini həbs etmişdir.) azadlığa buraxmadan keşikçilərin müşayiəti ilə Bakıdan çıxarıb aparım”.

Yuxarıda dediklərimizi təsdiq edən A.Mikoyanın ifadəsindən də açıq görsənir ki, “26 Bakı komissarları”nın və onların başqa bolşevik yoldaşlarının “Sevan” gəmisilə Həştərxana deyil, “Türkmən” gəmisilə Aşqabada aparılmaları təsadüfi deyildi. Bakını ingilislərdən və erməni qəddarlardan xilas etməyə gəlmiş türk ordusunun qorxusundan tələm-tələsik Bakı ofisini Aşqabaddakı mərkəzinə köçürən Mərkəzikaspi diktaturası, belə demək mümkünsə, ona məxsus olan məhbusları da Bayıl türməsindən oraya köçürməli olmuşdu.

Sənədlərdən gətirdiyimiz bir neçə nümunə canlı şahidə çevrilərək sübut edir ki, günümüzədək SSRİ xalqlarına “Kremlin rəşadətli bolşeviki” kimi tanıdılan Anastas Mikoyan bolşevizmin qəti düşmənləri olmuş “Qnçak” və “Daşnak” partiyaları ilə, əsas tərkibini ermənilər təşkil edən eser və menşeviklərlə fəal əlaqə saxlayan, “Mərkəzikaspi Diktaturasının” erməni millətindən olan başqa öncül adamları ilə eyni sırada “məsul işçisi” və mauzeristi olmuşdu.

İdealı “Böyük Hayastan” uğrunda mübarizə olan S.Şaumyanın yuxarıda adı gedən siyasi təşkilatlarda birləşən ermənilərlə, xüsusən Lenin hökumətinin amansız düşməni olmuş ingilislərlə birlikdə hərbi ittifaqda olmuş Biçeraxovla sazişə gəlməsi, onun Bakı fəhləsinin başqa liderləri ilə birlikdə həbs edilməsi, onlarla birlikdə Aşqabada aparılması, heç şübhəsiz, Zaqafqaziyada bolşevizmin etibarlı dayaqları olan qeyri-erməni liderlərə qarşı törədiləcək faciəli hadisələrin önünə tutulan xüsusi planla hazırlanmış məkrli pərdədir. Gətirdiyimiz təkzibedilməz bütün faktlar Bakıda “26-lar”dan üç məzarsız komissarın hansı xalqa mənsub olduğuna işıq salmış olur.

Pr.Dr Əjdər TAĞIOĞLU“Turan Araşdırma Mərkəzi” nin sədri .

Yazının 1-ci hissəsini, burdan https://onn.az/banner/dasnaq-bolsevik-terrorunun-ideoloqlari-stepan-saumyan-anastas-mikoyan-1-ci-yazi/ 2-ci hissəsini isə https://onn.az/banner/dasnaq-bolsevik-terrorunun-ideoloqlari-stepan-saumyan-anastas-mikoyan-2-ci-yazi/?fbclid=IwAR2KRuYVgv1SToAH3Btqov-W8zFuI7o9TJPgq_d6mhMZuux2HFOBDqx_3Nc oxuya bilərsiz.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png