ONN İnformasiya Agentliyi

Dövlət Sərhəd Xidmətində Xocalı faciəsi anıldı

Dövlət Sərhəd Xidmətində Xocalı faciəsi anıldı
26 Fevral 2018 - 17:40

ONN media DSX-nın mətbuat mərkəzinin verdiyi məlumata istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. 

Dövlət Sərhəd Xidməti Aparatında, Azərbaycan İstiqlal Muzeyində və Respublika Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyində keçirilən tədbirlərdə çıxış edənlər XX əsrin 80-ci illərindən başlayaraq erməni millətçilərinin xalqımıza qarşı məqsədyönlü şəkildə apardıqları etnik təmizləmə və təcavüzkarlıq siyasətinin davamı olaraq Xocalıda törətdikləri soyqırımı aktını bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayət kimi dəyərləndiriblər. Bu qanlı hadisə zamanı 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsinin, 1275 nəfərin isə girov götürülməsinin bəşəriyyət tarixində silinməz səhifə kimi qalacağı xüsusi vurğulanıb.

Qanlı təcavüzə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı ilk təşəbbüsün ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi, soyqırımı qurbanlarının adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamların imzalanması qeyd olunub.

Soyqırımı hadisəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələr verməsi, Azərbaycan xalqına qarşı törədilmiş bu hərbi cinayətin beynəlxalq müstəviyə çıxarılmasının dövlət siyasətinin mühüm istiqamətini təşkil etməsi, soyqırımı nəticəsində həlak olanların xatirəsinə böyük ehtiramın göstərilməsi və şəhid olanların ailə üzvlərinə dövlət qayğısının daha da artırılması məqsədilə görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Tədbirlərdə Xocalı soyqırımına həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png