Erməni dilçiliyinin saxta bünövrəsini darmadağın edən əsər

İllər keçdikcə zaman-zaman xristian həmrəyliyinindən istifadə edərək böyük dövlətlərin kölgəsində yaşamaqda davam edən “erməni” dediyimiz  hayların saxta tarixinə həsr edilmiş “mənbələr”in  əsl mahihəti üzə çıxır.

Keçən yüz illiklərdən başlayaraq, erməni tarixşünaslığında əsaslı yer tutmuş məkrli bir fikir – ailə şəkilində gəliş tarixləri 1828-ci ildən başlayan adsız- sansız bir xalqın guya Ön Qafqazın oborigen əhalisi olmasından, hətta bu azmış kimi, Azərbaycan türklərinin qədim Ön Qafqaz coğrafiyasını əhatə edən iki dəniz arasında yerləşmim “Böyük Armeniya” adında ermən “dövlətinin” guya tarixən “mövcud”luğundan danışan  xəstə bir fikir bu gün də davam edir. Saxta əsası keçən yüzilliklərdən erməni müəllifləri (M.Çamçiyan, K.Şahnazaryan, İ.Emin, K.Patkanov və b.) tərəfindən qoyulmuş bu planlı və “məqsədyönlü” ideya mövqeyindən bütün erməni tarixçiləri indiyəcən çıxış edirlər. Bu uydurmalar ənənəsi artıq elə bir vəziyyət yaratmışdır ki, erməni müəlliflərinin açıq-aşkar saxtakarlığı kəskin etirazlara səbəb olur, ciddi narazılıqlar doğurur.
Əjdər Tağıoğlunun bu yaxınlarda çapdan çıxan monoqrafiyası bu baxımdan olduqca maraqlı və aktualdır.
 Tədqiqatçı günümüzə qədər qədim erməni mənbələrindən biri kimi mənbəşünaslığa daxil edilmiş, hətta “erməni tarixinin atası” sayılan Moisey Xorenatsinin anonim keşiş müəllif olmasına dair araşdırmasından ( Əjdər Tağıoğlu. Moisey Xorenatsi anonim keşiş müəllifdir.Bakı-“Elm və təhsil”, 2016,127 s. ) sonra bu səpkidə tədqiqatlarını davam etdirmiş, indiyə qədər erməni əlifbasının yaradıcısı kimi tanıdılan Mes­rop Maştosun da anonim müəllif olmasını üzə çıxarmışdır.(Əjdər Tağıoğlu.Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir.Bakı-” Elm və təhsil”,2017,144s )
Bu barədə müəllif xüsusi olaraq qeyd edir: “Bir xalqın ki, tarixşünaslığının bünövrəsində “er­məni tarixinin atası” hesab etdikləri Moisey Xorenatsi kimi anonim keşiş tarixçi dayana, “yazı mədəniy­yətinin” başında, hətta guya başqa xalqlara da əlifba tərtib edən, onlara da “yazı mədəniyyəti” və “xristian­lıq maarifi” “gətirən” cismani varlığı olmayan “Mes­rop Maştos” adında fırıldaqçı cahil bir keşiş dayana, o xalqın qədim mənəviyyat,mədəniyyət və dövlətçilik tarixindən danışmaq elmi cəhalətdir, nadanlıqdır, cahillikdir!!!”.
Mesrop Maştosun əlifba “ixtirası”nı mif adlandıran Əşdər Tağıoğlu  erməni tarixçi və dilçi alimlərinin çağdaş “erməni yazısı”nın mənşəyini anonim keşiş Mesrop Maştosun guya V əsrdə “ixtira” etdiyi”,tarixdə olmayan “erməni əlifba­sı” ilə əlaqələndirməsini ətraflı təhlil etmiş və bu saxtakarığın əsl mahiyyətini açıqlamışdır. Müəllif bu məsələni şərh edərkən öncədən bildirir ki, “tarixin hər hansı çağında ermənilərin etnik yazıları olmamışdır”. Sonra isə o, öz fikrini  akademik N.Y.Marrın ” Erməni xalqı kimi erməni dili də hibrid (calaq) dildir”- müdrik kəlamı ilə tamamlamışdır.
Araşdırıcı M.Xorenatsinin “Hayistan tarixi”ni Nikitin Eminin rus dilinə “Armeniya tarixi” adında çevirərkən yeni mətnə yazdığı “Ön söz”də tarixi saxtakarlıq etdiyini meydana qoyur. O, bu baxımdan m.ö. 150-ci ildə Arsaklı anonim çar Vaqarşaqın guya “sifarişi ilə” suriyalı anonim alim Mar Abas Katinanın Nineviya arxivindən guya yunan dilində  “kiçik kitab” “tapmasından”, onun əsasında  “ermənilərin ibtidai tarixi” kitabını “yazmasından”, M.Xorenatsinin də guya “Ar­meniya tarixi”ni “qələmə alarkən” ondan “faydalandığından” danışan Nikitin Eminin uydurmalarını maddi sübutlarla ifşa edir.
Əjdər Tağıoğlu bildirir ki, “Nikitin Emin tərcümə mətninin sonuna ayrıca əlavə etdiyi “Qeydlər” və “Əlavələr” bölmələrində də başqa bir Arsaklı anonim çarın – guya V əsrdə yaşamış Vramşapuxun göstərişi ilə keşiş Mesrop Maştosun “erməni əlifbası” “ixtira” etdiyini yazır”, eləcə də, N.Emin Mesrop Maştosu tarixi şəxsiyyət kimi qələmə verir, onu “erməni yazısı”nın “banisi”, yunandilli “Bibliya”nın erməni dilinə “tərcüməçisi”, hətta iberlərə və albanlara əlifba “tərtib edən” Ön Qafqazın “maarifçisi” simasında təqdim edir”. Maraqlı burasıdır ki, araşdırıcı N.Eminin “Armeniya tarixi”nə yazdığı “Ön söz”də 370-ci ildə şagird  Moisey Xorenatsinin, “Əlavələr” bölməsində onun müəllimi Mesrop Maştosun 361-ci ildə anadan ol­duğunu söyləməsini fakta çevirərək, onun yuxarıdakı fikrini darmadağın edir.Belıə çıxır ki, “şagird dünyaya gələndə guya onun “ustadının” (“vardapet Mesropun”) doqquz yaşı varmış.”
Əjdər Tağıoğlu bu zəmində haqlı sual qoyur: “Bəs, necə olur ki, Moisey monastrda şagird olarkən onun “doqquz yaşlı ustadı” Mesrop Maştos artıq həyatının müdrik çağının ni­şanəsi olan guya əlifba “ixtira” “edir”, Müqəddəs Ki­tabın tərcüməsini “başa çatdırır”? Haqlı sualdır.
Bəs, necə olur ki, bu fakt meydanda ola-ola,erməni tarixçiləri və dilçi alimləri hansı maddi-tarixi əsasla Moisey Xorenatsinin guya erməni xalqının özünə məxsus “etnotarix” yazdığını, Mesrop Maştosun “erməni əlifbası”nı guya “ixtira etdiyini” iddia edirlər?
Əjdər Tağıoğlu tarixi faktlara söykənərək yazır ki, erməni xalqının özünəməxsus nə etnotarixləri, nə də etnoyazıları ol­muşdur. O, fikrinin təsdiqi baxımından son nəticədə deyir: “Armeniya tarixi”ndə verilmiş hadisələr üç türk dövlətinin (Biaini, Arme, Part) mifoloji və filoloji tarixidir, “erməni yazısı” adlandırılan yazı isə “Avesta yazısı”nın kilsədə üzü köçürül­müş variantıdır.”
Tədqiqatçı N.Eminin XIX əsrin 50-ci illərindən başlayan bu tarixi saxtakarlıqları bu günə kimi, iki yüz ildən artıq bir müddətdə, ənənə olaraq, erməni tarixçiləri və dilçi alimləri tərəfindən dövrün siyasi şəraitinə uyğun daha fantastik əlavələrlə davam etdirildiyini və etdiriləcəyini bildirir. Çünki Əjdər Tağıoğlu, erməni alimlərinin Böyük İnsan tarixini mad­di və mənəvi əsaslarla, olduğu kimi, heç zaman qəbul etmədiklərini və etmək fikrində də olmadıqlarını iddia edir. Səbəbini də, o, bir xalq olaraq, ermənilərin özlərinin bu zəngin bəşər mədəniyyətindən məhrum olması ilə izah edir.
Əjdər Tağıoğlunun araşdırmalarından aydın olur ki,dünyanın mütəxəssis alimləri də erməni ədəbiyyatında “Mesrop yazısı” adı ilə yunandilli və suriyadilli “orta səviyyəli” (əslində ano­nim) keşiş Mesropun ünvanına yazılan “erməni əlif­bası ixtirası”nı qəbul etmirlər.
Ş.B.Smbatyan “Armeniya tarixi”ndən gələn kilsə ənənəsinə uyğun olaraq, Mesrop Maştosun yunandilli keşiş olduğunu yazır. Belə bir halda        “ yunan dili ilə heç bir əlaqəsi olmayan “Avesta” dilli, ” Avesta\ Aramey yazılı” (İ.M.Dyakonov) Arsakl türk sarayında Mesropun guya “çar əmrlərinin icraçı katibi” olduğunu iddia edən Ş.B.Smbatyanın məqsədi Part /Parfya tarixi hesabına erməni xalqına saxta “tarix” yazmaqdır.
Araşdırıcı yazır ki, Mesrop Maştosu “erməni əlifbası”nın “banisi” kimi qələmə verən N.Eminin zəhərli ənənələrini davam etdirən Ş.B. Smbatyan və onunla eyni fikirdə olan erməni tarixçilərinin və dilçi alimlərinin  heç bir maddi-mədəniyyətə söykənmədən irəli sürdükləri zorakı saxta iddialar qədim Şərqin yazı tarixinə qara bir ləkədir!!!”.
Əjdər Tağıoğlu real tarixə əsaslanaraq N.Eminin uydurma fikirlərinin anonim keşişlər olmuş Moisey Xorenatsini də, onun guya müəllimi olmuş Mesrop Maştosu da, anonim çar Vramşapuxu da bizim eranın V əsrin­də yaşamış “tarixi şəxsiyyət” hesab etməsini qəbul etmir. O, öz fikrini tarixi faktlar və məntiqi arqumentlərlə sübuta yetirir.
Alimin fikincə tarixi fakt sübut edir ki, “N.Emin başda olmaqla, erməni tarixçilərinin V əsrdə Part imperiyasının Arsaklı sülaləsinin hakimiyyətindən danışmaları onların “Böyük Armeniya” çarları olduqlarını idda etmələri, bu azmış kim, erməni dilini bilməyən yunandilli anonim keşiş Mes­rop Maştosun guya “erməni əlifbası”nı “ixtira” etməsi uydurmasını Arsaklı sarayı ilə əlaqələndirmələri, sa­dəcə tarixi saxtalaşdırmaq deyildir, eyni zamanda, erməni şizofrenliyidir, erməni şovinizmində cahillik və nadanlıqdır!”
Müəllif qeyd edir ki, “Belə bir vəziyyətdə,erməni dilini bilməyən, yunandilli anonim keşiş Mes­rop Maştosun erməni dilinin etnoleksikonuna uyğun əlifba “ixtira” etməsindən və onun “erməni yazısı”nın “banisi” olmasından danışmağın heç bir elmi-tarixi əsası yoxdur, bu, siyasi məqsədli uydurulmuş saxta iddiadır, erməni boşboğazlığıdır!”
.    Problemi bu baxımdan araşdıran Əjdər Tağıoğlunun gəldiyi nəticədən məlum olur ki, 1962-ci ildə İrəvanda Mesrop Maştosun guya anadan olmasının,başqa sözlə, 1600 illiyi ilə əlaqədar keçirilən saxta yubiley təntənələri bu tarixi saxtakarlığın nəticələridir. O, qeyd edir ki, “Böyük İnsan tarixi içərisində tarixsiz yaşamış ermənilər əllərində heç bir maddi sübut olmaya-olmaya, “Mesrop” adını yunan ədəbiyyatından, “Maştos” ləqəbini bizim “Avesta” abi­dəmizdən götürüb, onların calağından “Mesrop Maş­tos” adında fırıldaqçı anonim keşiş obrazı yaratmışlar. Erməni kilsəsinin və onun tarixçi varislərinin erməni xislətinə xas olan məkrli məharətləri ondadır ki, üç yüz ildən bəri belə bir mifi, fırıldaqçı keşişi “erməni yazısı”nın “banisi” və hətta Ön Qafqaz Oğuz Albaniyasının Zərdüşt inanclı atəşpərəst əhalisinə guya “yazı və xristianlıq mədəniy­yəti” gətirmiş “görkəmli maarifçi xadim” simasında dünya elmi ictimaiyyətinin beyninə erməni riyakarlığı ilə yerləşdirməyə nail olmuşlar”.
Tədqiqatçı konkret olaraq deyir: “Nəzərə alsaq ki, M.Xorenatsi də, Mesrop da milliyyətcə erməni kimi verilsə də, onlar erməni dilini bilmirlər, ancaq suriyadilli və yunandilli keşişlərdirlər, o zaman, prob­lemin bir qədər də dolaşığa düşdüyünün şahidi olarıq”.
Faktlar və məntiqi düşüncəyə əsaslanaraq söylənən bu fikrə şübhə edilə bilməz!
Əjdər Tağıoğlu tarixi saxtalaşdıranlar qarşısında maraqlı bir sual qoyur: “Bəs, o zaman, erməni tarixçiləri və dilçi alimləri tarixi ədalət naminə sualımıza cavab verə bilərlərmi ki, XIV əsrin əvvəllərinədək yunandilli Kilikiya er­məni kilsəsində yunan “Bibliya”sidan moizələr din­ləyən, xristianlığın yunan pravoslav təriqətinə inanc gətirən kiçik erməni icmasına məxsus guya IV əsrdə olmuş “erməni xristianlığı”ndan, V əsrdə də Mesro­pun “erməni yazısı”ndan ağızdolusu danışarkən heç olmasa, bircə dəfə fikirləşmişlərmi ki, onların söykən­dikləri “kilsə nağılların”dan başqa, əllərində hər hansı yazılı maddi sübut olmamışdır?” Və özü də cavab verir ki, ola da bilməzdi. Məsələyə daha da aydınlıq gətirmək üçün araşdırıcı deyir: “Bu azmış kimi, hətta erməni alimlər kilsənin uydurduğu yalana ötən yüzilliklərdən bəri inanaraq və başqalarını da inandırmağa çalışırlar ki, fiziki varlığı olmayan yunandilli Mesrop Ön Qafqaz əyalətlərində yaşayan “bütpərəst” hesab etdikləri “Avesta” təəssübkeşi olan yerli türk əhalisinə də guya “Əlifba” tərtib etmişdir, onlara “xristianlıq” gətirmişdir”.
Əjdər Tağıoğlu fikrinin davamında “Mesrop əlifbası” ilə əla­qədar yuxarıda Nikitin Emindən nümunələr gətirdiyi bütün uydur­maları arxada buraxaraq, çağdaş erməni yazısının kökünü m.ö. min illərdən bəri Ön Asiyada və Ön Qaf­qazda mövcud olmuş türk dövlətlərinin icra orqan­larında istifadə edilmiş “Avesta yazısı”na bağlayır. Bütün bu məsələrə aydınlıq gətirən araşdırıcının çıxardığı maraqlı bir nəticə də ondan ibarətdir ki, “əvvəlki səhifələrdə Mar Abas Katinanın tarixi şəxsiyyət olmadığını anonim olduğunu söyləyən Nikitin Emin bu iddiası ilə “erməni tarixinin atası” hesab etdikləri M.Xorenatsinin mifik “şəxsiy­yəti” rəmzində erməni tarixşünaslığının şah damarını kəsirdisə, araşdırmalarının sonunda “Armeniyada suriya, pars (“Avesta”. – Ə.T.) və yunan yazısından istifadə olunurdu” – deyəndə, Mesrop Maştosun əlifba “ixtirası” üstündən qara xətt çəkir, onun fırıldaqçı anonim keşiş olduğunu qəti təsdiq edirdi”. Bu baxımdan Əjdər Tağıoğlunun gəldiyi son nəticə təkzib edilməz tarixi həqiqət olaraq, elmi dəyərə malikdir: “Araşdırmada yerli-yerində gətirilən maddi faktlar qaçılmaz tarixi həqiqəti bir daha sübut edir ki, 1828-ci il hadisə­sindən sonra Oğuz türklərinin qədim torpaqlarına gətirib yerləşdirilmiş ermənilərin XIX əsrdən əvvəlki yüzilliklərə aid olan “kilsə” adlandırdıqları Atəşgahla­rın kitabələrində oyulmuş qədim yazı anonim keşiş Mesrop Maştosun “erməni yazısı” deyil, “Avesta/ Aramey yazısı”dır”.
          Biz qəti o fikirdəyik ki, tanınmış alimin hər iki qiymətli əsəri (Əjdər Tağıoğlu.Moisey Xorenatsi anonom keşiş müəllifdir. Bakı-2016,127 s.; Əjdər Tağıoğlu.Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir.Bakı-2017,141 s.) xarici dillərə tərcümə edilib, dünya elmi ictimaiyyətinə yayılarsa, bu gün ermənipərəst xristian dünyanın qarayaxa, haqsız, ədalətsiz irtica qüvvələri ilə üz-üzə dayanmış Azərbaycanın xarici diplomatiyada əlində ən kəsərli ideoloji silaha çevrilmiş olar.
        Mən inanıram ki, vətənini, dövlətini, yaralı Qarabağı qəlbən sevən hər kəs aid təşkilatlar qarşısında azərbaycançılıq siyasəti uğrunda mənim çağrışıma qoşulacaqdır.
   Erməni dilçiliyinin saxta bünövrəsini darmadağın edən əsər    Qasım Hacıyev
    Tarix elmləri doktoru, AMEA-nın      
    Tarix İnstitutu “Qarabağ” şöbəsinin müdiri.

Video