ONN İnformasiya Agentliyi

Ermənilər sülh üçün yalvardı – Sensasion sənəd

Ermənilər sülh üçün yalvardı – Sensasion sənəd
13 Fevral 2019 - 14:43

Qarabağ münaqişəsinin tarixində hələ də bir çox gizli və qaranlıq məqamlar var. Bu cür məqamlardan biri də Ermənistan hökuməti tərəfindən hazırlanan və 13 oktyabr 1992-ci ildə Ermənistan Respublikasının Ali Sovetinin 55 deputatı tərəfindən imzalanan Azərbaycan prezidenti, parlamentləri, hökuməti, siyasi xadimləri və ziyalılarına müraciətdir. Tezliklə 4-9 noyabr 1992-ci ildə Aşot Bleyanın Bakıya səfəri zamanı bu müraciət Azərbaycanın Ali Sovetinə təqdim olundu.

ONN media xəbər verir ki, ermənilərin demək olar ki, rəsmi Bakıya mərhəmət üçün yalvardığı həmin sənədi (55 deputatın imzası ilə birlikdə rəsmi müraciət sənədi) təqdim edir.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun sözlərinə görə, Ermənistan Ali Soveti Azərbaycana heç bir ilkin şərt və ərazi iddiaları olmadan sülh danışıqlarına başlamaq üçün müraciət edib.

“O zaman Azərbaycan ordusu erməni ordusuna yaxşı təzyiq göstərdiyi üçün onlar sülh istəməli oldular. “Sülhə vadar etmək” – məhz bu düstur mövcud erməni hökumətinə qarşı tətbiq edilməlidir. 1992-ci ilin payızında bizimkilər işğal edilmiş torpaqların böyük bir hissəsini azad etdilər. Yalnız Xankəndi, Şuşa, Laçın və bir neçə mövqelər qalmışdı. Erməni hökuməti sülh istədi, çünki təşvişə düşmüşdülər”, – ekspert bildirib. Axar.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Ermənilər sülh üçün yalvardı – Sensasion sənəd
Ermənilər sülh üçün yalvardı – Sensasion sənəd
Ermənilər sülh üçün yalvardı – Sensasion sənəd
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png