ONN İnformasiya Agentliyi

İlham Əliyev – “…İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır…”

İlham Əliyev – “…İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır…”
24 Dekabr 2017 - 19:28

"Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq" – İlham Əliyev.

Unutmayaq unutdurmayaq!

24 dekabr 1988 – ci ildə qədim türk yurdu olaub sonradan böyük xəyanətin və məkirli siyasətin nəticəsində erməniləşdirilən – Ermənistandan sona qalan 250 mindən çox AZƏRBAYCAN TÜRKÜNÜN deportasiya edilməsi başa çatdırılır. Beləliklə Moskvanın konkret olaraq əli azərbaycan xalqının qanına batmış Qorbaçovun şəxsən göstərişinə əsasən dədədən türk torpağı olan Qərbi Azərbaycan tam türksüzləşdirilir!

BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının rəsmi məlumatlarına əsasən 18.000 kürd və 1000 nəfər rus zorla daimi yaşayış yerlərindən deportasiyaya məruz qalıb.

Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin yarımçıq qalmış istintaq materiallarını araşdırarkən məlum olur ki, Ermənistan hökuməti tərəfindən həyata keçirilən deportasiya əməliyyatı zamanı 216 azərbaycanlı qətlə yetirilib; o cümlədən 2 nəfərin diri-diri başı kəsilib, 11 nəfər diri halda, 2 nəfər isə öldürüldükdən sonra yandırılıb, 1 nəfər asılıb, 3 nəfər doğranıb, 29 nəfər maşın təkərləri altında qoyulub, 41 nəfər döyülərək öldürülüb, 49 nəfər dağlarda donub, 1 nəfər elektrik cərəyanına qoşularaq öldürülüb, 1 nəfər özünü öldürüb, 10 nəfər infarktdan ölüb, 8 nəfər itkin düşüb. Öldürülənlərin 57-si qadın, 23-ü uşaqdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png