ONN İnformasiya Agentliyi

Nurəddin Mahmud Zəngi

Nurəddin Mahmud Zəngi
28 Dekabr 2017 - 13:15

Unutmayaq unutdurmayaq!

Hər qarışında Türkün tarixi uyuyan Mosulda 1116-cı ildə doğulan Zəngilər sülaləsindən olan hökmüdar, Atabəy Avşar türkü Nurəddin Mahmud Zəngi (d.1116 – ö.1174). 

Adları qədim mənbələrdə "sanqi" şəklində qeyd edilmiş zəngilər əsasən Azərbaycanın qərbində İrəvan mahalı ərazisində yaşamışlar.  Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngi çayı da vaxtı ilə öz adını ərazidə məskunlaşmış zəngi boyundan almışdır. 

Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngi (Zəngəzur) bölgəsində yaşamışlar. Ümumiyətlə, Azərbaycanın İrəvan mahalının digər qədim tayfaları kimi, zəngi boyları da sonralar geniş ərazilərə yayılmışdır. Belə ki, Azərbaycanda Zəngilan və Sanqaçal toponimlərində də izini qoymuş zəngilər bir zamanlar Türküstan çöllərinə qədər köç etmişlər.


 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png