ONN İnformasiya Agentliyi

O yol müqəddəs amal uğrunda şəhadət yolu idi – Cavid İsmayıl

O yol müqəddəs amal uğrunda şəhadət yolu idi – Cavid İsmayıl
22 Dekabr 2018 - 11:22

Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!

Unutmayaq, unutdurmayaq!

Sarıqamış hərəkatı-1914-cü ilin dekabr ayından 1915-ci ilin yanvar ayına qədər Sarıqamış bölgəsində işğalçı Çar Rusiyasının qoşunlarına qarşı baş vermiş hərbi döyüşdür.

I Dünya savaşında Osmanlının düşdüyü ağır vəziyyətdən yararlanan Rusiya Türkiyəyə müharibə elan etdi. Cənub-Şərqi Anadolu artıq işğal altında idi. İşğal edilmiş ərazilərin daha dəqiq olsaq, Cənub-Şərqi Anadolunun işğaldan azad olunması üçün Osmanlı dövləti 9-cu Qafqaz cəhbəsini yaratmaq məcburiyyətində qaldı.

Mövcud dövrdə bu cəbhəni yaratmağın özü xeyli vəsait, silah-sursat və canlı qüvvə tələb edirdi. Osmanlı höküməti üçün nə qədər çətin olsa da belə 9-cu cəbhəni açmağa məcbur idi. Hərbi nazir və rəşadətli sərkərdə Ənvər paşanın rəhbərliyi ilə Sarıqamışı işğaldan azad etmək planı hazırlanır. Bu plana əsasən Sarıqamışa iki istiqamətdən – Sarıqamış və Allahu Əkbər dağlarından əks hücuma keçərək işğalçı rus və erməni birləşmələrinə qarşı zərbə endirilməli və işğal altında olan ərazillər geri qaytarılmalı idi.

Bu tarixdə hələ də ziddiyyətli və qaranlıq məsələlər olsa da, bir daha qanı bahasına, xeyli sayda itkilərlə olsa da belə Vətənin hər qarışını qanı ilə bir daha suvararaq TÜRK oğlu öz rəşadətini və mətinliyini göstərdi. 125 minə yaxın əsgər və zabitdən ibarət isti paltarsız, təminatsız, zəif silahlanmış, yorğun ordu dekabrın 22-də 40 dərəcə şaxtada qarlı dağlara doğru hərəkət edəndə də onların bir amalı var idi, əcdadları kimi Vətəni müdafiə etmək və Vətənin azadlığı uğrunda şəhid olmaq.

Onların arasında yüzlərlə könüllü azərbaycanlı türkünün də olması və canı bir, qanı bir qardaşlarına köməyə getmiəsi də bir daha bir millət iki dövlət anlayışının tarixi sübutudur. Sizlər bizlər üçün, bu günümüz üçün, göydə dalğalanan bayraq və VƏTƏN üçün şəhid oldunuz.

Allah Sizə rəhmət eləsin! Ruhunuz şad olsun!

 

Cavid İsmayıl

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png