ONN İnformasiya Agentliyi

Qədim məbəd dövlət nəzarətinə götürüldü – FOTOLAR

Qədim məbəd dövlət nəzarətinə götürüldü – FOTOLAR
26 Avqust 2020 - 15:50

Qax rayonunda qədim məbəd baxımsız vəziyyətdədir.

ONN  media xəbər verir ki, söhbət rayonun Ləkit kəndi yaxınlığında yerləşən alban məbədindən (monastr) gedir.

Ərazidə yaşayan sakinlər qədim məbədin unudulduğunu, divarlarının uçduğunu deyirlər. Əraziyə baxan olmadığından tikilinin divarları yosun bağlayıb.

Bəzi mənbələrdə kompleks ərazisində XX əsrin 80-ci illərinin sonlarında bir qrup naməlum alim tərəfindən kiçik arxeoloji qazıntılar işləri görüldüyü, həmin tarixdən sonra isə heç bir araşdırmanın aparılmadığı qeyd olunub. 1980-ci ildən sonra baxımsızlıq səbəbindən sürətlə dağılmağa başlayan məbəd hazırda qəzalı vəziyyətdədir.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli cavab verib. O bildirib ki, tarixi abidənin əsaslı tikintisi nəzərdə tutulur:

“Yeddi kilsə” monastır kompleksi kimi tanınan məbəd tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. Erkən monastır ansambıllarından biri hesab olunan bu abidələrin tərkibinə üçnefli və xaçvari-günbəzli məbədlər, həmçinin beş ədəd kiçik kilsə-sövmə daxildir. V-VII əsrlərə aid tikililər bərpa olunması üçün 2020-2023-cü illər ərzində vəsait qoyuluşu hesabına nəzərdə tutulub”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Qədim məbəd dövlət nəzarətinə götürüldü – FOTOLAR
Qədim məbəd dövlət nəzarətinə götürüldü – FOTOLAR
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png