ONN media

Şok versiyalar: İsmayıl əslində necə öldü? – Video

Şok versiyalar: İsmayıl əslində necə öldü? – Video
23 May 2019 - 12:56

Bu gün böyük Azərbaycan hökmdarı, Səfəvilər İmperiyasının banisi, görkəmli şair Şah İsmayıl Səfəvinin anım günüdür.

ONN media xatırladır ki, Şah İsmayıl 1524-cü il mayın 23-də vəfat edib. Şahın ölümü ilə bağlı müxtəlif versiyalar var.

I versiya – Çaldıran məğlubiyyəti

Onlardan biri budur ki, Şah İsmayıl Çaldıran döyüşündəki məğlubiyyətdən sonra dərin sarsıntı keçirir və bu, onun sonunu gətirir. Halbuki bəzi faktlar Çaldıran döyüşünün elə də ciddi savaş olmadığını, bundan sonra Xətainin bir sıra döyüşlərə qatıldığını, qalib gəldiyini aşkara çıxarır.

Qaynaqlarda Şahın qorxmaz, cəsur və çox güclü bir sərkərdə olduğu yazılır. Osmanlı sultanı Yavuz Səlim məktublarında Şahı əsəbiləşdirmək üçün onun qorxaq olduğuna eyham vururdu. Halbuki Çaldıran döyüşü zamanı Yavuz bir təpə başından döyüşü izlədiyi halda, Şah İsmayıl meydana atılmış, qısa zaman ərzində Osmanlının ən güclü sərkərdələri ilə təkbətək döyüşmüş və onları məğlub etmişdi. Şah İsmayılın öldürdüyü Osmanlı sərkərdələrindən biri də Malqoçoğludur. Haqqında nağıllar yazılan, filmlər çəkilən Malqoçoğlu Osmanlı ordusunun ən güclü sərkərdələrindən idi. Osmanlı mənbələri Şah Xətainin döyüş zamanı Malqoçoğlunu qılınc zərbəsi ilə iki yerə böldüyünü yazır.

Bu faktlara baxanda cəsur, dözümlü, qorxmaz Şah İsmayılın məğlubiyyət sarsıntısına görə ölməsi haqda iddialar sıradan çıxır.

II versiya – İçki alüdəçiliyi

Tarix üzrə fəlsəfə doktoru Namiq Musalı yazır ki, dini motivli dövlət qurmasına baxmayaraq, bəzi qərəzli tarixçilər Şahı, az qala, içki düşkünü kimi təqdim edirlər:

“Türkiyəli tarixçi Faruq Sümər qeyd edir ki, Şah İsmayılın “miniatürlərə görə, saqqalı taraş olunmuş, uzun bığlı, türkman üzlü bəyləri ilə gecə-gündüz içdiyini bilirik”. Tədqiqatçı miniatürlərdə əksini tapmış qabların içərisindəki içkinin məhz şərab olduğunu necə müəyyənləşdirdiyini bildirməsə də, qərəzlə iddia edir ki, “içkiyə qarşı hədsiz düşkünlüyü onun gənc yaşında həyata vida etməsində, hər halda, çox mühüm bir amil olmuşdur”.

Halbuki mötəbər mənbələr Şah İsmayılın şərab içilməsinə və sərxoşluğa qarşı mənfi münasibət göstərdiyini qeyd edirlər. İfrat eyş-işrətdən xoşlanmayan Şah İsmayıl hətta qonşu hökmdar Sultan Hüseyn Bayqaranın ona hədiyyə göndərdiyi rəqqasələr qrupunu da acıqla geri qaytarmışdı.

Dini ideologiyanı əldə rəhbər tutaraq, öz səltənətini müqəddəslik örtüyünə bürüməyə çalışan Şah İsmayıl ibadətə xüsusi fikir verirdi. Onun İraqdakı Kərbəla, Nəcəf, Kazimeyn, Samirə ziyarətgahlarında, İmam Rzanın Məşhəddəki məqbərəsində xüsusi rituallar həyata keçirdiyi məlumdur. O, hətta Nəcəfdəki Həzrət Əli məqbərəsində saatlarla təkbaşına ibadət etmişdi. Bəzi vaxtlarda isə bütün gecəni oyaq qalaraq, minacatla məşğul olurdu”.

Mənbələrdə Şah İsmayılın Həzrət Əlinin mədhinə bədahətən 35 beytlik qəsidə dediyi xatırladılır.

Daha ətraflı Axar TV-nin süjetində:kult.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png