ONN İnformasiya Agentliyi

Vətən namusdur, Vətən şərəfdir, Vətən qorunacaq tək hədəfdir!

Vətən namusdur, Vətən şərəfdir, Vətən qorunacaq tək hədəfdir!
22 Dekabr 2017 - 22:07

Sarıqamış hərəkatı — 1914-cü il dekabr ayından 1915-ci il yanvar ayına qədər Sarıqamış bölgəsində işğalçı Rus imperiyasının qoşunlarına qarşı baş vermiş hərbi döyüşdü.

I Dünya savaşında Osmanlının düşdüyü ağır vəziyyətdən yararlanan Rusiya Türkiyəyə müharibə elan etdi. Cənub-Şərqi Anadolu artıq işğal altında idi. İşğal edilmiş əraziləri daha dəqiq desək Cənub-Şərqi Anadolunun işğaldan azad olunması üçün Osmanlı dövləti 9-cu Qafqaz cəhbəsini yaratmalı oldu. Mövcud dövrdə bu cəbhəni yaratmağın özü xeyli vəsait, silah sursat və canlı qüvvəyə ehtiyac olduğunu tarixi araşdırmalardan məlumdur. Osmanlı höküməti üçün nə qədər çətin olsada belə 9-cu cəbhəni açmaqda məcbur idi. 
Hərbi nazir rəşadətli sərkərdə Ənvər paşanın rəhbərliyi ilə Sarıqamışı işğaldan azad etmək planı hazırlanır və bu plana əsasən Sarıqamışa iki istiqamətdən Sarıqamış və Allahuəkbər dağlarından əks hücuma keçərək işğalçı rus və erməni birləşmələrinə qarşı zərbə endirməli və işğal altında olan ərazilləri geri qaytarmalı idi.
Bu tarixdə hələdə ziddiyətli və qaranlıq məsələlər olsada bir daha qanı bahasına, xeyli sayda itkilərlə olsa belə vətənin hər qarışını qanı ilə bir daha suvararaq TÜRK oğlu öz rəşadətini və mətinliyini göstərdi.
125 minə yaxın əsgər və zabitdən ibarət isti paltarsız, təminatsız, zəif silahlanmış, yorğun, 40 dərəcə şaxtada ordu dekabrın 22-də qarlı dağlara doğru hərəkət edəndədə onların bir amalı var idi əcdadları kimi, Vətəni müdafiə etmək və azadlığı uğrunda şəhid olmaq. Onların arasında yüzlərlə könüllü azərbaycanlı türkünün də olması canı bir, qanı bir qardaşlarına köməyə getmiəsi də bir daha bir millət iki dövlət anlayışının tarixi sübutudur.
Sizlər bizlər üçün, bu günümüz üçün, göydə dalğalanan bayraq və VƏTƏN üçün şəhid oldunuz. 

Cavid İsmayıl

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png