ONN İnformasiya Agentliyi

11-ci sinif şagirdləri bu il məktəbə getmədən MƏZUN OLACAQ?

11-ci sinif şagirdləri bu il məktəbə getmədən MƏZUN OLACAQ?
22 Fevral 2021 - 15:06

Xəbər verdiyimiz kimi, son günlərin ən aktual mövzulardan biri məhz orta məktəblərin pandemiya səbəbilə yenidən bağlanmaya gedilməsi ilə əlaqədardır. Dünyada koronavirusun yeni ştamının yayılması xəbəri Azərbaycanda da məktəblərin yenidən qapadılacağı məsələsini gündəmə gətirir.

ONN media  xəbər verir ki, bununla bağlı Sonxeber.az- a təhsil eksperti Kamran Əsədov danışıb:

Dünyanın 61 ölkəsində tədris prosesi bərpa edilib. Məktəblərdə yenidən qapanmalara gedilməsi üçün kütləvi yoluxma halları olmalıdır. Hazırda ölkədəki müəllimlər arasında yoluxmalar olur. Həmin vaxt müəllim dərsdən təcrid olunur.

Qapanmaların özü də planlı şəkildə həyata keçirilir. Yəni proses proqnozlaşdırılır, sonra qapanmalara gedilir. 11-ci sinif şagirdləri bu il məktəbə getmədən məzun olacaqlar. 9-cu siniflərin tədrisilə bağlı problemləri var. İbtidai siniflərdə isə proqram tam çatdırılmayıb. Bu siniflərdə tədrisin uzadılması ola bilər.

Qapanma çıxış yolu deyil. Tədris prosesində yoluxma çoxalan zaman məktəbləri bağlamaq, azalanda isə açmaq kimi proses olmamalıdır. Biz məsələdə yoluxmuş şəxsləri müəyyənləşdirməliyik. Dərslər isə iyulun 1- dək uzadıla bilər, amma biz bu zaman keyfiyyətli təhsildən danışa bilmərik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png