ONN İnformasiya Agentliyi

5-11-ci siniflər üçün məktəb nə vaxt açılır? – RƏSMİ

5-11-ci siniflər üçün məktəb nə vaxt açılır? – RƏSMİ
27 Avqust 2020 - 17:33

5-11-ci siniflərdə dərslər onlayn şəkildə həyata keçiriləcək.

ONN media  xəbər verir ki, bunu Təhsil naziri Emin Əmirullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, ən azı mart ayına qədər teledərslər və virtual məktəb layihəsi davam edəcək:

“Lakin bu siniflərin mərhələli şəkildə təhsilə başlamasını planlaşdırırıq. Əgər epidemioloji vəziyyət imkan verərsə, 5-11 siniflərdə təhsil alan ümumilikdə 1,3 milyon şagirdin uyğunlaşdırılmış proqramlarla məktəbə qaytarılmasını planlaşdırırıq”.

O qeyd edib ki, əgər vəziyyət imkan verərsə, 10-11-ci siniflərin 1 oktyabrdan ənənəvi dərslərə başlaması planlaşdırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png