ONN İnformasiya Agentliyi

9 və 11-ci sinif şagirdlərinə ŞAD XƏBƏR

9 və 11-ci sinif şagirdlərinə ŞAD XƏBƏR
26 Mart 2020 - 12:11

“DİM-in keçirdiyi builki bütün növ imtahanlarda tədris olunmayan mövzulardan suallar tərtib olunmayacaq”.

ONN media xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, 3 martdan etibarən 9-cu və 11-ci sinif şagirdlərinin keçməli olduğu, amma keçə bilmədiyi mövzulardan test tapşırığı salınmayacaq:

“Amma 11-ci sinif şagirdinin 3 martdan sonra keçməli olduğu bir çox mövzuları o, 9-cu sinifdə oxuyanda keçib. Ona görə də, məhz həmin mövzuları 11-ci sinif dərsliklərindən yox, 9 cu sinif dərsliklərindən oxuyub öyrənsinlər.

Bir daha qeyd etmək istəyirəm ki, bütün fənlər və bölmələr üzrə tədris olunmayan mövzulardan suallar tərtib olunmayacaq. Hətta tədris bərpa olunduqdan sonra da bu mövzular keçirilsə belə, onlardan test tapşırığı təqdim olunmayacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png