ONN İnformasiya Agentliyi

Abiturientlərin nəzərinə.Ən güclü universitetlər açıqlandı

Abiturientlərin nəzərinə.Ən güclü universitetlər açıqlandı
02 Fevral 2018 - 0:40

ONN media Dünyanın ən güclü universitetlərini araşdırdı

“Times” tərəfindən hazırlanmış dünyanın 10 ən güclü universitetləri siyahısında 8 ABŞ, 2 Britaniya universiteti yer alıb.

Azərbaycanlı tələbələrin təhsil almaq üçün ən çox getdiyi ölkələrdən olan Türkiyə və Rusiyanın heç bir universiteti ən güclü 100 universitet sırasında yoxdur.

Siyahıya ABŞ-ın Harvard Universiteti başçılıq edir. Dördüncü və beşinci yerlərdə isə Cambridge və Oxford gəlir.

Siyahı, beynəlxalq paneli təşkil edən akademiklərin rəyləri əsasında hazırlanıb.

Dünyanın ən etibarlı 10 universiteti bunlardır:

Harvard Universiteti;

Massachusetts Texnologiya İnstitutu;

Stanford Universiteti;

Cambridge Universiteti;

Oxford Universiteti;

California, Berkeley Universiteti;

Princeton Universiteti;

Yale Universiteti;

Columbia Universiteti;

California Texnologiya İnstitutu.

Dünyanın 100 ən güclü universiteti sırasına Asiya qitəsindən 17 ali təhsil ocağı daxil olub.

Toku Universiteti 12-ci, Çinin Tsinghua Universiteti 18-ci, Pekin Universiteti 21-ci, Sinqapurun Milli Universiteti isə 26-cı yerdədir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png