Ali məktəb tələbələrinə şad xəbər

Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 275 (iki yüz yetmiş beş) manat müəyyən edilib.

ONN media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşılıb.

İndiyədək bu məbləğ 250 manat idi.