ONN İnformasiya Agentliyi

AMEA-nın təşkilatçılığı ilə III Beynəlxalq Elm Festivalı keçiriləcək

AMEA-nın təşkilatçılığı ilə III Beynəlxalq Elm Festivalı keçiriləcək
14 Mart 2018 - 17:27

ONN media xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə III Beynəlxalq Elm Festivalı keçiriləcək.

Rəyasət Heyətinin 14 mart tarixli iclasında akademiyanın yeni elmi texnologiya və innovasiyaların təqdim olunması, elmi bilik və yeniliklərin populyarlaşdırılması, gənc nəsildə elmə marağın formalaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışılıb. Bu islahatların mühüm istiqamətlərindən birini 2014 və 2016-cı illərdə paytaxt və regionlarda keçirilən elm festivallarının təşkil etdiyi vurğulanıb.

İclasda vətəndaşlar tərəfindən yüksək maraqla qarşılanan belə tədbirlərin miqyasını genişləndirmək məqsədilə 09-30 oktyabr tarixlərində növbəti Beynəlxalq Elm Festivalının keçirilməsi qərara alınıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png