ONN İnformasiya Agentliyi

Azərbaycanda dərs ili uzadılır? – Təhsil nazirindən AÇIQLAMA

Azərbaycanda dərs ili uzadılır? – Təhsil nazirindən AÇIQLAMA
10 İyun 2021 - 20:08

Təhsil naziri Emin Əmrullayev məktəblərdə “Yay məktəbi”nin əhəmiyyətindən danışıb.

ONN media  xəbər verir ki, nazir bu layihənin təşkilindəki məqsədin uşaqları yormaq və məcburiyyət olmadığını bildirib.

O, layihənin könüllü olduğunu qeyd edib: “Bu dərs ilinin uzadılması deyil. Çalışırıq ki, uşaqları evdən çıxarıb məktəbdə bir arada maraqlı məzmunla təmin edək. İki həftəlik olsa da, 10 günlük dərs müddətidir. Sual olunur ki, on gün ərzində nə öyrəniləcək? Öyrənmək istəyən şagird fəsilə və ya vaxta baxmır. Bəzən müəllimlər də şikayət edir. Nazirlik olaraq məzmunu daha zəngin etməyə çalışırıq. İyulun 8-dən başlayaraq “Yay məktəbi” üçün müraciət başlayaq. İki gün ərzində 177 mindən çox müraciət daxil olub. Növbəti günlərdə sayın artacağına ümid edirəm”.

E.Əmrullayev deyib ki, “Yay məktəbi”nin təşkili ilə pandemiya zamanı yaranan çətinlikləri qismən də olsa bərpa etməkdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png