ONN İnformasiya Agentliyi

Azərbaycan məktəblərində neçə gün dərs olmayacaq?

Azərbaycan məktəblərində neçə gün dərs olmayacaq?
31 Oktyabr 2022 - 11:10

Elm və Təhsil Nazirliyi noyabrın 5-9-da beş və altı günlük təhsil müəssisələrində iş günlərinin necə tənzimlənəcəyi ilə bağlı məlumat yayıb.

Nazirlikdən ONN media-ya bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib. .

Bununla əlaqədar beşgünlük iş həftəsi olan təhsil müəssisələrində noyabrın 5-i iş günü, noyabrın 6-9-u isə qeyri-iş günləri hesab edilir. Altıgünlük iş həftəsi olan təhsil müəssisələrində noyabrın 5-i iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – noyabrın 7-si iş günü, 8-9 noyabr isə qeyri-iş günləri hesab edilir. Başqa sözlə desək, 05 və 07 noyabr iş günləridir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png