ONN İnformasiya Agentliyi

Azərbaycanda daha bir tələbə vəfat etdi

Azərbaycanda daha bir tələbə vəfat etdi
22 Oktyabr 2022 - 21:22

Azərbaycan Dövlət Aqrar Universitetinin ADAU) tələbəsi əməliyyatdan üç gün sonra vəfat edib.

ONN media xəbər verir ki, Şəmkir rayon Ağlavaşlı kənd sakini Rühəngiz Məhərrəmova bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyasını dəyişib.

Əməliyyat həyata keçirən cərrah Rövşən Xəlilzadə APA-ya bildirib ki, R. Məhərrəmova oktyabrın 19-da beyin əməliyyatı olunub. Bu gün isə qəfildən halı pisləşib: “Bütün tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb”.

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin üçüncü kurs tələbəsi olmuş R. Məhərrəmova İkinci Qarabağ Müharibəsində şəhid olmuş Qurban Qəzənfərlinin bacısıdır

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png