ONN İnformasiya Agentliyi

Bağça müdiri olmaq istəyənlərin NƏZƏRİNƏ

Bağça müdiri olmaq istəyənlərin NƏZƏRİNƏ
20 Dekabr 2023 - 15:53

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinin müddəti uzadılıb.

Bu barədə ONN media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 26 dekabr saat 11:00-dək bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Namizədlərin hazırda məktəbəqədər təhsil müəssisəsində çalışması şərt deyil.

Qeyd edək ki, ötən müsabiqədə iştirak etmiş şəxslər yenidən müraciət edə bilərlər. Həmin şəxslərin elektron sənədlərinin statusu ilkin mərhələyə qaytarılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png