ONN media

Bakalavr və magistr təhsilində uyğun olan ixtisaslar genişləndiriləcək

Bakalavr və magistr təhsilində uyğun olan ixtisaslar genişləndiriləcək
31 Oktyabr 2019 - 13:56

“Hazırda Təhsil Nazirliyi bakalavr və magistr səviyyələrində uyğun olan ixtisasların genişləndirilməsi istiqamətində iş aparır”.

ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən tələbənin bakalavr və magistr ixtisası arasında uyğunluq olmalıdır: “Magistr pilləsi bakalavr təhsilinin davamını təşkil edir. Ona görə də mövcud olan Azərbaycan qanunvericiliyində belə bir tələb mövcuddur. Hazırda bakalavr və magistr səviyyələrində nisbətən yaxın olan ixtisasların genişləndirilməsi istiqamətində Təhsil Nazirliyində işçi qrupu səviyyəsində işlər aparılır. İşlər yekunlaşdıqda bununla bağlı hökumətə təklifləri təqdim edəcəyik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png