ONN İnformasiya Agentliyi

Bakı məktəblərinə işə qəbul imtahanının vaxtı açıqlanıb

Bakı məktəblərinə işə qəbul imtahanının vaxtı açıqlanıb
24 Yanvar 2018 - 13:34

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə, o cümlədən BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsinin vaxtı və yeri dəqiqləşib.

İdarənin İctimaiyyətlə əlaqələr sektorundan ONN media-ya verilən məlumata görə, imtahanlar 29-30 yanvar 2018-ci il tarixlərində, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin (ünvan: Nizami rayonu, Elşən Süleymanov 120 A, “Neftçilər” metrostansiyasının yaxınlığı) inzibati binasında təşkil olunacaq.

I mərhələnin (elektron ərizələrdə qeyd olunmuş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu barədə məlumatlar qeydiyyatdan keçmiş namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müsabiqələrin I mərhələsində 1157 müraciət təhlil edilib və 1053 nəfər test imtahanı mərhələsinə buraxılıb. Onlardan 91-i Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, 267-si uşaq birliyi təşkilatı rəhbəri, 637-si laborant olmaq üçün qeydiyyatdan keçib. 58 nəfər isə TDM-də çalışmaq üçün müsabiqəyə qatılıb.

Hər bir iştirakçının imtahan vaxtı barədə məlumat 26.01.2018-ci il tarixədək şəxsi səhifəyə göndəriləcək.

Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili: 6022; 6028), mobil: 055-336-36-39 nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png