ONN İnformasiya Agentliyi

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb -SİYAHI

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb -SİYAHI
20 Avqust 2019 - 15:03

Yeni tədris ili ərəfəsində Bakıda ənənəvi olaraq məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb.

ONN media xəbər verir ki, yarmarkalar Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən təşkil edilib. Yarmarka çadırları Bakı metropolitenin “Nərimanov”, “Gənclik”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Azadlıq prospekti”, “Memar Əcəmi”, “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Nizami” stansiyalarının qarşısında, ümumilikdə 19 yerdə quraşdırılıb. Yarmarka çadırlarında məktəbli üçün lazım olan bütün ləvazimatlar təklif olunur.

Yarmarkanın təşkilində əsas məqsəd valideynlərin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etmələrinə kömək etməkdir. Yarmarkalar sentyabr ayının sonuna kimi davam edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png