Bakıda bu məktəbin fəaliyyəti dayandırıldı

Bakıda 179 nömrəli orta məktəbdə tədris müvəqqəti olaraq dayandırılıb.

ONN media xəbər verir ki, buna ölkəmizdə azyaşlılar arasında yayılan kəskin virus səbəb olub.

Sözgüdən məktəbdə müəllimlər şagirdlərə həftənin sonuncu iş günü – yəni sabah tədris olmayacağını bildiriblər.

Həmçinin deyilib ki, gələn həftədən tədrisin bərpa olub-olmayacağı epidemioloji vəziyyətə uyğun olaraq qiymətləndiriləcək.

Sözügedən məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanıb.