ONN media

BDU-nun HİK sədri işdən çıxarıldı

BDU-nun HİK sədri işdən çıxarıldı
09 Oktyabr 2019 - 14:36

Bakı Dövlət Universiteti (BDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) növbəti iclası keçirilib.

ONN media xəbər verir ki, rektor Elçin Babayevin və Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadənin də iştirak etdiyi iclasda Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyev hesabat xarakterli çıxış edib.

HİK İdarə Heyətinin üzvləri və fakültə sədrləri hesabata münasibət bildiriblər.

İclasda komitənin sədri vəzifəsinə seçkilər keçirilib. Fizika fakültəsinin dekan müavini, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png