ONN İnformasiya Agentliyi

BDU-nun yeni rektorundan möhtəşəm addım

BDU-nun yeni rektorundan möhtəşəm addım
04 Aprel 2019 - 16:44

Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayevin istəyi ilə bu təhsil ocağında açarı yalnız rektorda olan şikayət və təklif qutusu qoyulub və universitetin saytında “Rektorla əlaqə” bölməsi yaradılıb.

ONN media xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov qeyd edib.

O bildirib ki, 3 həftə ərzində Bakı Dövlət Universitetində görülən işlər çox sevindiricidir:

“Vaxtilə dağları yarmaq, dənizləri aşmaqla belə çox çətinliklə qəbuluna düşülən rektor indi əlçatan olub. Bütün günü rektor koridorda, tələbələrin arasında gəzir, onları dinləyir.

Ümid edirəm ki, BDU onun rəhbərliyi altında qısa müddətdə yenidən ölkədə birinci, dünyada isə ilk 500-lükdə olan universitet olacaq”.

Qeyd edək ki, Elçin Babayev bu il martın 11-də Prezident İlham Əliyevin sərəncamı ilə BDU-ya rektor təyin edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png