ONN İnformasiya Agentliyi

Bu fənlər üzrə dərsliklər 2 hissəli olacaq – YENİLİK

Bu fənlər üzrə dərsliklər 2 hissəli olacaq – YENİLİK
17 Oktyabr 2019 - 11:58

Təhsildə dərslik məsələsində yeniliklər aparılır. Yeni hazırlanan dərsliklərin ilkin olaraq ibtidai siniflər üçün tətbiq edilməsi planlaşdırılır.

ONN media xəbər verir ki, bunun Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, yeni çap olunan Ana dili və Riyaziyyat fənni üzrə dərsliklər 2 hissədən ibarət olacaq ki, bu da onların əlavə fiziki yükünü azaldacaq: “Yenilik növbəti ildən tətbiq ediləcək. Məktəb dərsliklərinin istifadə müddəti ilə bağlı deyə bilərəm ki, hazırkı reqlamnetə əsasən, dərsliklər 4 il üçün çap edilib təhvil verilir. Nazirlik hazırda müxtəlif yaş qrupları üzrə müxtəlif istiqamətdə dərsliklərin ərsəyə gətirilməsi üzərində işləyir. Hesab edirəm ki, dərs yükü çox olan dərsliklərin 2 hissədən ibarət olması daha məqsədəuyğundur”.

Nazir ötən tədris ilində qeydə alınan nöqsanlardan da danışıb.

Bildirib ki, 2018/2019-cu il tədris ilində 4 min şagirdin sinifdə qalması faktı qeydə alınıb: “Bu məsələ, təbii ki, nazirlik olaraq bizi də narahat edir. Bu hallara baxılır, analiz edilir. Azərbaycan ümumtəhsil sistemində 1 milyona yaxın şagird təhsil alır. Şagirdlərin sinifdə qalmasının bir sıra meyarları var. Orta təhsil səviyyəsində şagirdin il ərzində 4 və daha çox fəndən uğursuzluğu varsa, şagird sinifdə saxlanır. Bu rəqəm 4-dən azdırsa, yay tətili zamanı şagirdlərə müəyyən tapşırıqlar verilir, daha sonra onların nəticələri qiymətləndirilir və növbəti sinfə keçirilir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png