ONN İnformasiya Agentliyi

Bu ixtisaslarda təhsil almaq istəyənlərə şad xəbər

Bu ixtisaslarda təhsil almaq istəyənlərə şad xəbər
08 Fevral 2020 - 14:00

Bakalavr səviyyəsi üzrə bir çox ixtisaslar ləğv olunub. Həmçinin paralel olaraq yeni ixtisaslar yaradılıb ki, bu ildən həmin ixtisaslar üzrə qəbul həyata keçiriləcək.

ONN media xəbər verir ki, bu barədə məlumatı təhsil eksperti Kamran Əsədov paylaşıb. O bildirib ki, hazırda kolleclərdə olan bəzi ixtisaslar da bakalavr pilləsində yaradılıb.

Belə ki, 2020-ci ildə ali təhsil müəssisələrinə bu yeni ixtisaslarda daxil olmaqla qəbul həyata keçiriləcək.

I qrup

1. Biotexnologiya

2. Aerokosmik mühəndislik

3. Aviasiya təhlükəsizliyi mühəndisliyi

4. Elektrik və elektronika mühəndisliyi

5. Energetika mühəndisliyi

6. Hava nəqliyyatının hərəkətinin təşkili

7. Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

8. Kommunikasiya sistemləri mühəndisliyi

9. Mədən mühəndisliyi

10. Meliorasiya mühəndisliyi

11. Mexatronika və robototexnika mühəndisliyi

12. Mühəndis fizikası

13. Radiotexnika və telekommunikasiya mühəndisliyi

14. Yerquruluşu və daşınmaz əmlakın kadastrı

15. Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)

16. Sərhəd təhlükəsizliyi və idarəetmə

17. Geologiya və geofizika mühəndisliyi

18. Geomatika və geodeziya mühəndisliyi

19. Zoomühəndislik

20. Hərbi rabitə vasitələri mühəndisliyi

II qrup

1. Beynəlxalq ticarət və logistika

2. Turizm bələdçiliyi

3. Mühasibat ( uçotu və audit çıxarılıb)

4. Turizm işinin təşkili

III qrup

Kitabxanaçılıq və informasiya fəaliyyəti ( əlavə fəaliyyəti onumub)

IV qrup

1. Baytarlıq təbabəti

2. Zoomühəndislik

3. Fizioterapiya və tibbi reabilitasiya

4. Tibb bacısı işi

5. Hərbi tibb

6. Tibb

7. İctimai səhiyyə

8. Biotexnologiya

9. Fizioterapiya və tibbi reabilitasiya

V qrup

1. Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)

2. Vokal sənəti (sahələr üzrə)

Xatırladaq ki, 2019-cu ildə 174 bakalavr pilləsi üzrə ixtisas olsa da, Nazirlər Kabinetinin təsdiq etdiyi “Ali təhsilin bakalavr səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda 140 ixtisas olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png