ONN media

Bu məktəbin iki sinfinin bütün məzunları ali məktəbə qəbul olub

Bu məktəbin iki sinfinin bütün məzunları ali məktəbə qəbul olub
21 Avqust 2019 - 15:38

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki Məktəb-Lisey-Kompleksinin 11 c və 11 b siniflərini bitirən bütün məzunlar ali məktəbə qəbul olub.

İdarədən ONN media -ya verilən məlumata görə, 11 c sinfini bitirən 23 məzunun hamısı 2018-2019-cu dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıb.

Məzunlardan 3 nəfəri 600-dən yuxarı, 8 nəfəri 500-600, 7 nəfəri isə 300-500 bal arası nəticə göstərib. Həmçinin, məzunlardan 3-ü Türkiyə, 1-i Rusiya, 1-i isə Amerikada təhsil almaq hüququ qazanıb.

Məktəb-Lisey-Kompleksinin 11 b sinfini bitirən 24 məzun da ali məktəblərə keçirilən qəbul imtahanlarında yaxşı nəticə göstərərək tələbə adını qazanıb.

Məzunlardan 2 nəfəri 500-dən yuxarı, 19 nəfəri isə 200-500 bal arası nəticə göstərib. Bundan başqa, 2 məzun Türkiyədə, 1-i isə Rusiyada təhsillərini davam etdirmək imkanı qazanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Bu məktəbin iki sinfinin bütün məzunları ali məktəbə qəbul olub
Bu məktəbin iki sinfinin bütün məzunları ali məktəbə qəbul olub
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png