Bu müəllimlərin DİQQƏTİNƏ: məktəbə getməyəcəksiniz

Bu gündən etibarən ümumtəhsil müəssisələrinə işçilərin çağırılması prosesi başlanıb.

ONN media  xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdirinin müavini Orxan Abbasov feysbuk üzərindən təşkil edilən canlı yayımda deyib.

O bildirib ki, öhdəliyində 7 yaşına qədər uşaqlar olan, yaşlılara və tibbi köməyə ehtiyacı olanlara qulluq edənlər, risk qrupuna daxil – yaşı 65-dən yuxarı olan işçilər və yaşadığı ərazidə işləməyən şəxslərin işə cəlb olunması istisnadır.

Bu kateqoriyalara daxil təhsil işçilərinin müəssisələrə cəlb olunması tövsiyə olunmur.