ONN İnformasiya Agentliyi

Bu şəxslər universitetlərə imtahansız qəbul olunacaq

Bu şəxslər universitetlərə imtahansız qəbul olunacaq
04 İyul 2020 - 17:52

Azərbaycanda yaşayan gürcülər Gürcüstanın ali məktəblərinə imtahansız qəbul olunacaqlar.

ONN media Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi qərar qəbul edib.

Qərar vahid milli imtahanlar üçün qeydiyyatdan keçən və yaranmış vəziyyətə görə Gürcüstana gedə bilməyən həmvətənlərə şamil olunacaq.

Qərara əsasən, Azərbaycanda yaşayan 70-ə yaxın gürcü abituriyentin ali təhsili dövlət hesabına maliyyələşdiriləcək. Gürcüstan hökumətinin müvafiq qərarı Azərbaycanda yaşayan soydaşların dəstəklənməsinə yönəldilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png