ONN İnformasiya Agentliyi

Bu şəxslərin DİQQƏTİNƏ – Nəticələr açıqlandı

Bu şəxslərin DİQQƏTİNƏ – Nəticələr açıqlandı
08 İyul 2019 - 21:17

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.

İdarədən ONN media -ya verilən məlumata görə, valideynlər müsabiqənin nəticələri barədə məlumatı müraciət etdikləri təhsil müəssisələrindən əldə edə bilərlər. Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbulla bağlı müsabiqəyə 1239 şagird qatılıb. Onlardan 567 nəfəri müsabiqənin nəticələrinə görə müvəffəq olub. BŞTİ-nin tabeliyindəki 23 məktəb-lisey və liseyin VII  siniflərinə qəbul üçün müsabiqədə isə həmin məktəb-liseylər və liseylərlə yanaşı, cari tədris ilində digər ümumi təhsil məktəblərinin VI sinfini əla və yaxşı qiymətlərlə bitirmiş 2046 şagird iştirak edib. Müsabiqədə uğurla iştirak etmiş şagirdlər göstərdikləri nəticələrə uyğun olaraq müvafiq profil sahələləri üzrə lisey siniflərində təhsilini davam etdirmək hüququ qazanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png