ONN İnformasiya Agentliyi

Bu universitet tələbə qəbulu elan etdi

Bu universitet tələbə qəbulu elan etdi
29 May 2020 - 14:45

Azərbaycan Dillər Universiteti (ADU) 2020/2021-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidənhazırlanması təhsilinə mövcud olan bütün ixtisaslar üzrə müsabiqə yolu ilə tələbə qəbulu elan edib.

ADU-dan verilən məlumata görə, sənəd qəbulu iyun ayının 1-dən avqust ayının 10-dək aparılacaq.

Tələb olunan sənədlər aşağıdakılardır:

– rektorun adına ərizə;

– diplom (yaxud diploməvəzi arayış) və əlavəsinin (yaxud transkriptin) surəti;

– şəxsiyyət vəsiqəsinin surəti;

– 3×4 sm ölçüdə 3 ədəd fotoşəkil;

– sağlamlıq haqqında arayış;

– əmək kitabçasının surəti.

Sənədlər istirahət günlərindən başqa hər gün saat 10:00-15:00-dək qəbul ediləcək.

Universitetdən bildirilib ki, sənədləri təqdim etmək üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png