ONN İnformasiya Agentliyi

Buraxılış siniflərinin şagirdlərinə XƏBƏRDARLIQ EDİLDİ: Bu tarixlərdə…

Buraxılış siniflərinin şagirdlərinə XƏBƏRDARLIQ EDİLDİ: Bu tarixlərdə…
02 İyun 2020 - 17:36

9 və 11-ci sinif şagirdləri üçün 15-30 iyun tarixləri arasında dərs vəsaitlərinin məktəbə qaytarılması prosesi baş tutmalıdır. Çünki onlar təhsil pilləsini bitirib, bəzi hallarda isə məktəbi tərk edirlər.

ONN media  xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdirinin müavini Orxan Abbasov feysbuk üzərindən təşkil edilən canlı yayımda deyib.

O bildirib ki, 2, 3, 4, 6, 7, 8 və 10-cu siniflər 1-15 avqust tarixləri arasında dərs vəsaitlərini məktəbə təhvil verməlidir. 1 və 5-ci siniflər 1-15 sentyabr tarixlərində bu prosesdə iştirak etməlidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png