ONN İnformasiya Agentliyi

Ceyhun Bayramov müəllimləri təbrik etdi

Ceyhun Bayramov müəllimləri təbrik etdi
05 Oktyabr 2019 - 10:06

hsil naziri Ceyhun Bayramov 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

ONN media təbrikin mətnini təqdim edir:

“Əziz müəllimlər!

Müəllim elə bir addır ki, hər zaman böyük hörmət və yüksək ehtiramla çəkilir. Müəllim əməyi bilikli, müasir dünyagörüşlü, nümunəvi əxlaqa sahib cəmiyyətin yetişməsinə xidmət edir. Gündəlik həyatımızda hər bir uğurun, inkişafın təməlində məhz müəllim dayanır.

Bu gün bütün dünyada qeyd olunan 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü cəmiyyətin memarları olan insanların böyük zəhmətini və dəyərli fəaliyyətini vurğulamaq üçün bir imkandır.

Son illərdə ölkəmizdə təhsil sahəsində həyata keçirilən davamlı tədbirlər bu peşəyə marağın əhəmiyyətli şəkildə artmasına, müəllim nüfuzunun yüksəlməsinə səbəb olub. Sevindirici haldır ki, pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərimizin sayı ildən-ilə artır.

Müəllim daim öyrənməli, yeniliklərə açıq olmalı, bilik və bacarıqlarını təkmilləşdirməlidir. Bu yolda bizi irəli aparan Sizlərə bilikli və milli-mənəvi dəyərlərə sahib olan vətəndaş yetişdirmək kimi şərəfli işinizdə uğurlar arzulayıram!

Peşə bayramınız mübarək!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png