ONN İnformasiya Agentliyi

DİM imtahan nəticələrində ciddi qüsurlara yol verdi

DİM imtahan nəticələrində ciddi qüsurlara yol verdi
11 Aprel 2022 - 17:43

DİM 3 ildən çoxdur buraxılış imtahanlarına təkcə açıq və qapalı tipli suallar yox, cavabı birbaşa imtahan iştirakçısı tərəfindən yazılan sual modelləri də əlavə edib. Həm qəbul, həm də buraxılış imtahanlarında test tapşırıqlarının müəyyən bir qismini imtahan iştirakçısı əllə yazıb. Əllə yazılan həmin suallar sonradan markerlər tərəfindən yoxlanılır.

Bu sözləri axar.az- a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, 5 və 6 martda keçirilən imtahanların nəticələri açıqlandıqdan sonra test tapşırıqlarının yoxlanılması zamanı kifayət qədər qüsurlara yol verildiyi ortaya çıxıb:

“Əgər 50 minə yaxın insan imtahanda iştirak etmişdisə, onların 6 minə yaxını imtahan nəticələrindən narazı qaldı və apellyasiya şikayəti verdi. Bu da ciddi problemin ortaya çıxdığını göstərir”.

K.Əsədovun sözlərinə görə, imtahan nəticələrinin 1 ay sonra elan edilməsi yaxşı hal deyil:

“Bu onu göstərir ki, DİM artıq imtahanları keçirmək kimi bir yükü üzərinə götürə bilmir. 2018-2019-cu illərdə keçirilən imtahanların da nəticələri 72 gün sonra çıxmışdı. Buraxılış və qəbul imtahanlarında bu tipli problemlərin aradan qalxması üçün əvvəlki model test tapşırıqlarından istifadə edilməlidir.

DİM uşaqların heç birinə sual kitabçasını verməyib, amma deyir ki, yaddaqalan suallar əsasında şikayətinizi bildirin. Uşaqlar təqdim olunan 85 test tapşırığını əlbəttə ki, yadda saxlaya bilməyəcəklər. Ona görə də bu, ciddi problemə səbəb olur”.

Ekspertin fikrincə, imtahan nəticələrinin 1 aydan sonra elan edilməsi 2022-ci il üçün böyük bir problemdir:

“Bu suallar məktəbdaxili imtahanlar üçündür. Birbaşa cavab tələb edən suallarla qəbul və buraxılış imtahanları keçirmək olmaz. Daha hazırlıqlı abituriyenti seçmək üçün açıq və qapalı tipli suallar yetərlidir. Yalnız bu halda imtahan nəticələrinin 3-4 gün içində elan edilməsi mümkün olacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png