ONN İnformasiya Agentliyi

Direktorların işə qəbulu üzrə imtahanlar yekunlaşdı

Direktorların işə qəbulu üzrə imtahanlar yekunlaşdı
03 Avqust 2019 - 12:39

Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Bu mərhələdə 1643 namizəd iştirak edib.

Təhsil Nazirliyindən ONN media -ya bildiriblər ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Müsabiqəyə 472 vakant yer çıxarılıb.

Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən ediləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png