ONN İnformasiya Agentliyi

Dövlət İmtahan Mərkəzi imtahanların tarixini açıqladı

Dövlət İmtahan Mərkəzi imtahanların tarixini açıqladı
06 Fevral 2018 - 20:49

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2018-ci ildə keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə I IV ixtisas qrupları üzrə ikinci (yay) qəbul imtahanlarının, I-V ixtisas qrupları üzrə ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinin, ixtisaslaşma seçiminin, ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, kolleclərə ərizə qəbulunun, eləcə də digər təbrilərin tarixləri müəyyən olunub.

ONN medianın DİM-nin saytına istinadən verdiyi məlumata görə ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək. V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.

I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 29-dan aprelin 30-dək aparılacaqdır.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 25-də, II mərhələsi iyunun 3-də, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 1-də, ikinci mərhələsi isə iyulun 8-də keçiriləcəkdir.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının birinci mərhələsi 4, 11 və 18 mart tarixlərində təşkil olunacaq. Ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarının ikinci mərhələsi və tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün imtahanlar isə 21, 27 iyun və 3 iyul tarixlərində təşkil olunacaq.

Digər imtahanların tarixləri və tədbirlərin qrafiki ilə aşağıdakı cədvəldə ətraflı tanış ola bilərsiniz*. Qrafik Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilmişdir. Axtarış sistemində sizə lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixlərini əldə edə bilərsiniz. Siz, həmçinin axtarış sistemində “status” bölməsində “keçirilir”, “keçiriləcək”, “keçirilib” bəndlərindən birini qeyd etməklə, yalnız həmin bəndə uyğun məlumatları almaq imkanına maliksiniz. Bundan əlavə saytda hər bir fəaliyyət istiqaməti üzrə də ayrıca “Təqvim” bölməsi var və o bölmədə yalnız həmin istiqamətə aid “xəbərlər”, “e-xidmətlər”, “tez-tez verilən suallar”, eləcə də imtahan tarixləri yerləşdirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png