Dövlət qulluğuna qəbul imtahanlarının VAXTI AÇIQLANDI

Dövlət qulluğuna qəbul imtahanlarının avqust ayından etibarən keçirilməsi nəzərdə tutulur. Mart ayının 15-dən təxirə salınmış imtahanın avqustun 3-də keçirilməsi nəzərdə tutulur. Bundan sonra digər imtahanlar mərhələli şəkildə keçiriləcək.

ONN media  xəbər verir ki, bunu iyulun 20-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə deyib.

O bildirib ki, imtahanlar müəyyən şərtlər daxilində, elektron formada oflayn qaydada təşkil olunacaq. İmtahan iştirakçıları DİM-in müəyyən etdiyi mərkəzlərə gəlir, orada kompüterlərlə, müəyyən vasitələrlə təmin olunurlar və həmin yerlərdə imtahanlarını verirlər.